Cənubi Koreyanın sabiq prezidenti girov müqabilində sərbəst buraxılıb
Bakı, 6 mart, AZƏRTAC
Seul məhkəməsi Cənubi Koreyanın həbsdə olan sabiq prezidenti Li Myun-bakın girov müqabilində sərbəst buraxılmasına qərar verib.
AZƏRTAC “Yonhap” agentliyinə istinadla xəbər verir ki, 2008-2013-cü illərdə ölkənin prezidenti olmuş Li Myun-bak ötən ilin martında məhkəmənin qərarı ilə 12 maddə üzrə, o cümlədən korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli hesab edilərək saxlanılmışdı. Məhkəmənin gedişində müəyyən edilib ki, sabiq prezident qardaşının adına olan avtomobil ehtiyat hissələri şirkətinin əsl sahibi olub. O, şirkətinin daha çox mənfəət əldə etməsi üçün ölkə prezidenti mövqeyindən sui-istifadə edib. Bundan başqa, keçmiş dövlət başçısının “Samsung” şirkətindən 5,9 milyard von (5,2 milyon ABŞ dolları) rüşvət aldığı təsdiqlənib. Oktyabrda məhkəmənin yekun iclasında Li Myun-bakın 15 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan olunub.
Sabiq prezident səhhətini və digər səbəbləri əsas göstərərək girov müqabilində sərbəst buraxılmasını xahiş etmişdi. Seul yüksək məhkəməsi onun bu istəyini yerinə yetirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:10]
İyunun 19-u Ümumdünya Uşaq Futbolu Günüdür
- 19.06.2026 [12:07]
Aİ liderləri Rusiya ilə danışıqlar məsələsində iki düşərgəyə bölünüblər
- 19.06.2026 [11:57]
Kamçatka sahillərində zəlzələ baş verib, sunami təhlükəsi elan olunub
- 19.06.2026 [11:37]
Tokioda ibtidai məktəbdə yanğın baş verib, xəsarət alanlar var
- 19.06.2026 [11:36]
Fransa və Türkiyə müdafiə sahəsində əməkdaşlığı genişləndirir
- 19.06.2026 [10:49]
Avstraliyada yüksək patogenli H5N1 virusuna ilk şübhəli hal aşkarlanıb
- 19.06.2026 [10:33]
Tailandda təhlükəsizlik qüvvələrinə qarşı partlayış törədilib
- 19.06.2026 [09:22]
“Reuters”: ABŞ-İran danışıqları iyunun 19-da baş tutmayacaq
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]
Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var
- 18.06.2026 [23:02]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [22:52]
AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib
- 18.06.2026 [22:35]
Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [22:30]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
- 18.06.2026 [22:06]
Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub
- 18.06.2026 [21:42]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [21:31]