Cəzaçəkmə müəssisəsinə narkotik vasitənin keçirilməsinin qarşısı alınmışdır
Bakı, 11 may (AZƏRTAC). Penitensiar xidmətin və 1 saylı cəzaçəkmə müəssisəsinin əməliyyatçıları tərəfindən növbəti dəfə müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınmışdır.
Mayın 11-də 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1975-ci il təvəllüdlü, Seyidov Rövşən Eldar oğlunun yanına qısa müddətli görüşə gəlmiş anası, vətəndaş Əzimova Şəfiqə Səməd qızının gətirdiyi sovqata baxış keçirilmişdir. Baxış zamanı sovqatın arasında çəkisi 500 qram olan, üzərində “Doymak” makaron məmulatları yazılmış 2 sellofan torbanın içərisindəki makaron dənələrinin arasında polietilen materiallara yerləşdirilmiş 50 ədəd bükümdə, ümumi çəkisi 23,310 qram olan heroin aşkar edilərək götürülmüşdür.
Qeyd edək ki, Rövşən Seyidov Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmişdir.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, fakt üzrə araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]