Çayların mövcud vəziyyəti ötən illərlə müqayisədə təhlil edilmişdir
Bakı, 13 mart (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çayların mövcud vəziyyətini ötən illərlə müqayisədə təhlil etmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 115-185, keçən ilin müvafiq dövründə 80-160 faizini təşkil etmişdir. Bu rəqəm 2010-cu ildə 180-270 faiz olmuşdur.
Kiçik Qafqazın çaylarında hazırda sululuq ongünlük normanın 100-110 faizini təşkil edir. Ancaq ötən ilin müvafiq dövründə bu göstərici 80-115 faiz, 2010-cu ildə isə sululuq hər iki illə müqayisədə iki dəfə çox olmuşdur.
Lənkəran-Astara bölgəsi çaylarında faktiki sululuq ongünlük normanın 30-60, 2011-ci ildə 150, 2010-cu ildə isə 10-50 faizini təşkil etmişdir.
Hazırda Naxçıvan MR çaylarında sululuq ongünlük normanın 20-25 faizini təşkil edir. Ötən il bu rəqəm 50-55, 2010-cu ildə isə 195-200 faiz olmuşdur.
Araşdırmaya görə, Kür çayının aşağı axınındakı Surra məntəqəsində hazırda suyun səviyyəsi 682, Şirvanda 572, Salyanda 506, Bankədə 351 santimetrə çatır. Ötən ilin müvafiq dövründə bu göstəricilər indikindən aşağı olmuşdur. 2010-cu il martın 13-də isə bütün məntəqələrdə (Surra məntəqəsi istisna olmaqla) suyun səviyyəsi hər iki illə müqayisədə yüksək olmuşdur.
Araz çayının Novruzlu məntəqəsində isə hazırda suyun səviyyəsi 413 santimetrdir ki, bu da ötən illərə nisbətən yüksəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]