Çin Xalq Respublikasında ulu öndər Heydər Əliyevin xatirəsi anılmışdır
Pekin, 10 may (AZƏRTAC). Mayın 10-da Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevə həsr olunmuş müxtəlif kitablardan ibarət sərgi ilə tanış olmuşlar.
Mərasimdə çıxış edənlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən danışmış, ulu öndərin xalqının müstəqilliyi, suverenliyi və tərəqqisi uğrunda ağır mübarizədə keçən məşəqqətli və şərəfli həyat yolundan ətraflı bəhs etmişlər. Azərbaycan ilə Çin arasında dərin tarixi köklərə malik dostluq əlaqələrinin inkişafında ulu öndərin rolu xüsusi vurğulanmışdır.
Sonda ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]