Çində keçmiş yüksəkvəzifəli məmur saxlanılıb
Pekin, 4 aprel, AZƏRTAC
Çin Milli Enerji Administrasiyasının keçmiş sədri Nur Bekri korrupsiya əməllərinə görə aparılan cinayət işi üzrə saxlanılıb.
AZƏRTAC xəbər verir ki, Çin Xalq Prokurorluğunun bu barədə yaydığı məlumata əsasən, Çin Kommunist Partiyasının İntizam Komissiyası və Milli Nəzarət Komissiyası ötən ilin sentyabrında keçmiş məmur haqqında qanun pozuntularına yol verilməsi ilə əlaqədar təhqiqata başlayıb. Bu ilin martında isə o, partiya sıralarından və vəzifəsindən uzaqlaşdırılıb. Bildirilir ki, Nur Bekri vəzifəsindən sui-istifadə edərək, birbaşa və ya yaxınları vasitəsilə külli miqdarda rüşvət alıb.
Qeyd edək ki, Nur Bekri Çin Milli Enerji Administrasiyasının sədri vəzifəsindən başqa, Milli İnkişaf və İslahat Komissiyasının sədr müavini, Sincan Uyğur Muxtar Rayonu hökumətinin sədri vəzifələrində çalışıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]