Çində tarixi qala divarının uçması nəticəsində 4 nəfər xəsarət alıb VİDEO
Pekin, 8 avqust, AZƏRTAC
Çinin Sian şəhərində Min sülaləsi (1368-1644-cü illər) şahzadəsinin iqamətgahının qoruyucu divarının bir hissəsi uçub.
AZƏRTAC yerli hakimiyyət oqranlarının məlumatına istinadla xəbər verir ki, son günlər yağan şiddətli yağışlar 2009-cu ildə restavrasiya olunmuş 20 metr hündürlüyündəki divarın çökməsinə səbəb olub. Hadisə nəticəsində avtobus və 3 fərdi avtomobilə ziyan dəyib, 4 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb.
Min sülaləsinin şahzadəsi Çinin rəsmi iqamətgahının divarlarının ümumi uzunluğu 2158 metrdir. İqamətgah və onun qala divarlarının qalıqları vilayət səviyyəsində qorunan vacib tarixi abidədir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin