ÇİNGİZ AYTMATOVUN CƏNAZƏSİ ALMANİYADAN VƏTƏNƏ GƏTİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almaniyanın Nürenberq şəhərindəki klinikada vəfat edən dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun cənazəsi xüsusi reyslə Qırğızıstana gətirilmişdir.
“Manas” Beynəlxalq aeroportunda cənazəni Milli Qvardiyanın fəxri qarovul rotasının hərbi orkestri matəm musiqisinin sədaları ilə qarşılamışdır. Cənazə ilə birlikdə Dövlət Komissiyasının üzvləri, böyük yazıçının ailə üzvləri də Bişkekə gəlmişlər.
İyunun 14-də T.Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı, Lenin və Dövlət mükafatları laureatı, Qırğızıstan Qəhrəmanı Çingiz Aytmatovla vidalaşma mərasimi olacaqdır.
Mərasimdən sonra cənazə Bişkekin mərkəzindəki Dövlət bayrağının dalğalandığı Ala-Too meydanına gətiriləcək, burada matəm mitinqi keçiriləcək, yazıçının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaqdır.
Böyük yazıçının vəsiyyətinə görə o Bişkek yaxınlığındakı “Ata-Beyit” muzey-memorial kompleksində atası Torekul Aytmatovun məzarı yanında torpağa tapşırılacaqdır.
Dövlət başçısının Fərmanı ilə iyunun 14-ü ölkədə matəm günü elan edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]