ÇİNGİZ AYTMATOVUN SƏHHƏTİ DƏYİŞMƏZ OLARAQ QALIR
Diplomatların dediklərinə görə, səfir Marat Bakiyev bir gün əvvəl Aytmatovun olduğu klinikaya baş çəkmiş, yazıçının xanımı və oğlu ilə görüşmüş, Qırğızıstan Prezidenti Kurbanbek Bakiyevin, Baş nazir İqor Çudinovun tezliklə sağalmaq arzularını yetirmiş, eləcə də respublikanın sadə vətəndaşlarının, uzaq və yaxın xaricdə yaşayan insanların minlərlə məktubunu sənətkara çatdırmışdır.
Aytmatov mayın 16-da böyrək çatışmazlığı diaqnozu ilə Kazan xəstəxanalarından birinin reanimasiya şöbəsinə qoyulmuşdu. Üç gündən sonra yazıçının qohumları onu təyyarə ilə Almaniyaya göndərmək qərarına gəlmişlər. Aytmatov Tatarıstanda onun 80 illik yubileyinə həsr olunmuş “Əsrə bərabər gün” sənədli filminin çəkilişlərində iştirak etməyi, respublikanın yaradıcı ziyalıları ilə görüşməyi, habelə ana xətti ilə ulu babalarının məzarlarını ziyarət etməyi nəzərdə tutmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]
Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir
- 10.06.2026 [14:48]