ÇİNLİLƏR ÇƏLTİK TULLANTILARINDAN YANACAQ ALMAĞI ÖYRƏNMİŞLƏR
AZƏRTAC xəbər verir ki, çinli alimlər çəltik küləşi emalının yeni üsulunu işləyib hazırlamışlar ki, bu da bioqaz istehsalını dəfələrlə artırmağa imkan verir. Onların işinin nəticələri “Energy Fuels” jurnalında dərc edilmişdir.
Çəltik Cənubi və Mərkəzi Asiyada yetişdirilən əsas bitkilərdən biridir. Hər il məhsul yığılandan sonra tarlalarda təqribən 230 milyon ton çəltik küləşi - bitkilərin saplaq və yarpaqları qalır. Küləş qismən heyvanlar üçün yemə, mənzillərin qızdırılmasına, kağız istehsalına sərf edilir, lakin onun çox hissəsi yandırılır ki, bu da ekologiya üçün heç də təhlükəsiz deyildir.
Bitki qalıqları bioyanacağın, xüsusən, bioqazın perspektivli mənbəyidir. Bioqaz biokütlənin bakteriyalar-metanogenlər tərəfindən tərkib hissələrinə parçalanması nəticəsində əldə olunur. Bioqazın çox hissəsi - 55-75 faizi metandan, 25-45 faizi isə karbon qazından ibarətdir. Bundan başqa, bioqazın tərkibində hidrogenin və hidrogen sulfidin cüzi qatışıqları vardır.
Bu vaxtadək çəltik küləşindən bioqazın mənbəyi qismində istifadə edilmirdi, çünki onun tərkibində çoxlu miqdarda polisaxarid və liqnin vardır ki, bunlar da bakteriyalar üçün “ağır qidadır”.
Pekin Kimyəvi Texnologiya Universitetinin tədqiqatçıları çəltik küləşi emalının aşındırıcı qələvi kimi tanınan natrium hidroksidlə emalının metodikasını işləyib hazırlamışlar. Natrium hidroksidin təsiri biokütlənin çətin parçalanan komponentlərinin bəzi kimyəvi birləşmələrini dağıdır ki, bu da bakteriyalara onu daha asan “həzm etmək” imkanı verir. Natrium hidroksidlə emal edildikdən sonra bioqazın yekun istehsalı 27 faizdən 64,5 faizədək artır.
Çində çəltik küləşinin emalı üçün artıq üç eksperimental stansiya tikilmişdir. Həmin stansiyalarda çəltik küləşinin ilkin emalının və sonradan bioqaz alınmasının alimlər tərəfindən işlənib hazırlanmış texnologiyası tətbiq edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib
- 09.06.2026 [23:56]
Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır
- 09.06.2026 [23:49]
Dioqo Balau “Turan Tovuz”a keçib
- 09.06.2026 [23:30]
Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib
- 09.06.2026 [23:28]
“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb
- 09.06.2026 [23:26]