Cinayətin digər iştirakçısından odlu silah götürülmüşdür
Bakı, 16 may (AZƏRTAC). Mayın 14-də Lənkəranda bıçaqlanma hadisəsi qeydə alınmışdır. Vətəndaşlar Asif Nurullayevlə Bayraməli Şabanovun bir-birinə bıçaqla xəsarət yetirmişlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Lənkəran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin digər iştirakçısı da müəyyən edilmişdir. Məlum olmuşdur ki, cinayətdə B.Şabanovun bacısı oğlu Rasim Hüseynov da iştirak etmişdir. R.Hüseynov saxlanılmış və ondan 1 “TT” markalı tapança və 36 ədəd güllə götürülmüşdür.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Dadaşovdan 1 ədəd “Makarov” markalı tapança aşkarlanmışdır.
Faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]