CNN-in tamaşaçıları Ermənistanın təxribatçı əməlləri haqqında məlumatlandırılıb
Bakı, 5 aprel, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov CNN kanalında jurnalist Beki Andersonun “Connect the World” proqramında çıxış edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir cəbhədə yaranmış son gərginlik, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx məskunlaşan azərbaycanlı mülki əhalini və mülki obyektləri hədəfə alması, Ermənistanın həyata keçirdiyi təxribatçı əməllər haqqında məlumat verib. Qeyd edib ki, Ermənistanın məqsədi status-kvonu saxlamaqla münaqişənin həllinə maneə yaratmaqdan ibarətdir.
Elmar Məmmədyarov yenilənmiş Madrid prinsipləri əsasında münaqişənin mərhələli şəkildə həllinin mümkün olduğunu bildirib. O, Ermənistanın hər bir vəchlə danışıqlar prosesini əngəllədiyini və bütün təşəbbüsləri rədd etdiyini vurğulayıb və jurnalistin suallarını cavablandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]