Coğrafiya İnstitutunun əməkdaşları Qızılağac körfəzində ekspedisiyada olublar
Bakı, 2 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - coğrafiya üzrə fəlsəfə doktorları Zabit Allahverdiyev, Nazim Əhmədov və Ramin Atakişiyev Cənubi Xəzərdə yerləşən Qızılağac körfəzində ekspedisiyada olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqatçılar Qızılağac körfəzinin morfoloji, hidrometeoroloji və hidrokimyəvi şəraiti haqqında məlumat əldə etmək məqsədilə kiçik və böyük körfəzlərdə əvvəlcədən təyin edilmiş nöqtələrdə dərinlik üzrə ölçmə işləri aparıb, səth suyundan və dib çöküntülərindən nümunələr götürüblər. Onlar, həmçinin axın sürətini, səth suyunun və havanın temperaturunu ölçüb, kiçik və böyük körfəzlər arasındakı mübadilə kanallarının hazırkı vəziyyəti və dənizin səviyyə durumu haqqında məlumat toplayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [11:38]
Tələbələr Polimer Materialları İnstitutunda təcrübə keçirlər
- 10.06.2026 [11:27]
Azərbaycan və Çin arasında elmi əməkdaşlıq əlaqələri genişləndirilir
- 10.06.2026 [10:51]