Cüdoçumuz Rüstəm Orucov dünya reytinqində birinci olub
Bakı, 23 noyabr, AZƏRTAC
Praqada keçirilmiş Avropa çempionatından sonra cüdoçuların dünya reytinq cədvəli açıqlanıb. Cüdoçularımızdan 4-ü ilk onluqda qərarlaşıb.
AZƏRTAC xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində qitə çempionatının bürünc medalını qazanan Rüstəm Orucov 1 pillə irəliləyərək reytinqdə birinci olub. Yarışın gümüş medalına sahib olan İrina Kindzerska (+78 kq) isə beşinci yerdən dördüncü pilləyə yüksəlib. Avropa çempionatının üçüncüsü Məmmədəli Mehdiyevin (90 kq) mövqeyi dəyişməz qalıb - 5-ci yer. Praqada yeddinci olan Elmar Qasımov (100 kq) da əvvəlki mövqeyində qalıb- 10-cu yer.
Digər cüdoçularımızdan Avropa çempionatının qızıl medalına layiq görülən Orxan Səfərovu (66 kq) xüsusi qeyd etmək lazımdır. O, 6 pillə irəliləyib və 16-cı yerdə qərarlaşıb. Hidayət Heydərov (73 kq) 11-ci, bir pillə geriləyən Zelim Kotsoyev (100 kq) 13-cü, iki pillə geriləyən Uşanqi Kokauri (+100 kq) 19-cudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]
Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər
- 10.06.2026 [12:50]
“Şəfa” klubu növbəti transferini reallaşdırıb
- 10.06.2026 [12:43]