Culfanın Əbrəqunus kəndinə yeni suvarma su xətti çəkilir
Naxçıvan, 30 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Culfa Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən rayonun Əbrəqunus kəndinə yeni suvarma su xətti çəkilir.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Bənəniyar su anbarından çəkilən suvarma boru xəttinin uzunluğu 1850 metr olacaq. İdarə əməkdaşları tərəfindən 850 metr uzunluğunda qazıntı işləri görülüb, diametri 355 və 250 millimetr olan, ümumilikdə, 750 metr uzunluğunda plastik borular qaynaq edilib.
Hazırda işlər davam etdirilir.