“Czech Airlines” aviaşirkəti beynəlxalq reysləri bərpa edir
Bakı, 18 may, AZƏRTAC
“Czech Airlines” aviakompaniyası koronavirus pandemiyası səbəbindən dayandırılan bir sıra beynəlxalq reysləri mayın 18-dən bərpa edib.
AZƏRTAC Çexiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə milli aviadaşıyıcının rəsmi nümayəndəsi Vladimira Dufkova deyib.
“Mayın 18-dən etibarən Praqanı Paris, Amsterdam və Frankfurt-Mayn şəhərləri ilə birləşdirən müntəzəm uçuşlar bərpa olunur. “Czech Airlines” mayın 21-dən Stokholma, mayın 24-dən Kiyevə, mayın 25-dən isə Odessa və Buxarestə uçuşlara başlayacaq”, - deyə Vladimira Dufkova bildirib. Onun sözlərinə görə, sərnişinlər və ekipaj üzvləri bütün uçuş müddəti ərzində tibbi maskada olmalı, eniş vaxtı və təyyarəni tərk edən zaman iki metrlik sosial distansiyanı saxlamalıdır.
İlk reyslər zamanı təyyarələr yarıboş uçacaq. Pandemiya səbəbindən ölkələr arasında hərəkətə qoyulan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra aviadaşımaların dirçələcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]
Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib
- 10.10.2026 [08:42]
Çin SatNet internet peyklərini orbitə çıxardı
- 10.10.2026 [08:16]
"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]