DAĞISTAN PREZİDENTİ MƏKTƏBLƏRDƏ “PRAVOSLAV MƏDƏNİYYƏTİNİN ƏSASLARI” FƏNNİNİN TƏDRİS EDİLMƏSİNİN ƏLEYHİNƏDİR
AZƏRTAC “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Dağıstan Prezidenti Muxu Əliyev Rusiyanın bir sıra regionlarında məktəblərdə “Pravoslav mədəniyyətinin əsasları” fənninin tədris edilməsi təşəbbüsü ilə razılaşmadığını bildirmişdir. M.Əliyev demişdir: “Bu qərar səhvdir, təkcə ona görə yox ki, çoxkonfessiyalı ölkədə digər ənənəvi dinlərin - müsəlmanlığın və yəhudi dininin nümayəndələrinin hüquqları məhdudlaşdırılır, ilk növbədə, ona görə ki, konstitusiya prinsipinin pozulması presedenti yaradılır”.
Dağıstan Prezidenti həmçinin vurğulamışdır ki, söz və din azadlığı dövlətin, eləcə də dini təşkilatların bu sahəyə qarışmasını nəzərdə tutmur. M.Əliyev demişdir: “Bu, insanın şəxsi seçimi məsələləridir. Əgər dini təhsildən söhbət gedirsə, Rusiya məktəblərində “Dünya dinlərinin əsasları” fənnini tədris etmək daha məqsədəuyğun olardı”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]
Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb
- 16.10.2026 [11:05]
Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib
- 16.10.2026 [10:53]
Husilərin hökumət evinə hücumu nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb
- 16.10.2026 [10:53]
Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]