Daha bir süni örtüklü meydança əsaslı təmir olunub
Bakı, 2 mart, AZƏRTAC
AFFA-nın maliyyə vəsaiti hesabına Yeni Gəncə yaşayış massivində yerləşən süni örtüklü meydançada əsaslı təmir və yenidənqurma işləri aparılıb.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, sakinlərin istifadəsinə verilən meydançanın açılış mərasimində AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov və futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
E.Məmmədov meydançanın rəmzi açarını Niyazi Bayramova təqdim edib.
Daha sonra uşaqların iştirakı ilə oyun keçirilib.