Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dahi Nizami ideyaları Azərbaycanın sosial milli-iqtisadi prioritetlərində - Şərh

Dahi Nizami ideyaları Azərbaycanın sosial milli-iqtisadi prioritetlərində - Şərh

Bakı, 10 aprel, AZƏRTAC

Azərbaycan xalqının mədəniyyəti və ictimai fikrinin parlaq siması olan Nizami Gəncəvi (1141-1209) yaradıcılığında ədəbiyyat, fəlsəfə, astronomiya, təbiət, tarix və iqtisadiyyat elmləri tədqiq olunub. N.Gəncəvi özünün fəlsəfi, sosial-iqtisadi fikirlərini əsasən məşhur 5 əsərinin birləşdiyi “Xəmsə”sində əks etdirib. O, təbiət və cəmiyyətin inkişaf qanunauyğunluqları, ilkin iqtisadi münasibətləri və onların dərk edilməsinin əhəmiyyəti haqqında nəzəri fikirləri poetik ifadə edib. Nizaminin əsərlərində feodal mülkiyyəti, ondan irəli gələn ziddiyyətlər, vergi sistemi, torpaq mülkiyyəti, əmək məhsuldarlığı, pul anlayışı, sosial ədalət və bərabərlilik ideyaları xüsusi yer tutur.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin baş analitiki Günay Quliyevanın mövzu ilə bağlı şərhini təqdim edir.

N.Gəncəvi əməyi iqtisadi inkişafın, əmək məhsuldarlığı və əmək bölgüsünü isə sərvətin artmasının əsas amili hesab edirdi. Dahi mütəfəkkir elmi bilik və təhsili cəmiyyətin ən mühüm sərvəti hesab edirdi. Onun əsərlərində hələ merkantil iqtisadi ideyalar yaranmamışdan çox daha əvvəl cəmiyyətin inkişafında ticarətin mütərəqqi rolu, sosialyönümlü iqtisadi baxışlardan öncə mübadilə prosesində ədalətin gözlənilməsi kimi məsələlərinin şərhi xüsusi əhəmiyyət kəsb edir. Mülkiyyətin ümumiliyini və bölgüdəki bərabərlik ideyalarını irəli sürməklə, Nizami Gəncəvi hakim və məhkum, ağa və qul, zalım və məzlum, varlı və yoxsul olmayan quruluş yaratmağı nəzərdə tutmuş, təbiəti, cəmiyyəti və insanı öyrənməyi başlıca vəzifə hesab etməklə insanın insanla, insanın cəmiyyətlə, cəmiyyətin isə təbiətlə ahəngdar inkişafının mümkünlüyü ideyasını əsaslandırmış, bütün elmlərin insana, cəmiyyətə xidmət göstərməsinin zəruriliyi və digər iqtisadi ideyaları ilə iqtisadi fikir tariximizi zənginləşdirmişdi. Dahi mütəfəkkir hələ XII-XIII əsrlərdə dövlət-cəmiyyət birliyinin iqtisadi inkişaf üçün fundamental əsas olması haqqında ilk ideyaların müəllifidir.

N.Gəncəvi yaradıcılığında əsas yer tutan ideyalardan biri də əmək və sərvət haqqında müsbət əlaqənin olması haqqındadı. Onun yanaşmasına görə əmək maddi və mənəvi sərvətləri artıran əsas mənbədir.

Hər halda sən çalış, həyat əməkdir,

Cənnət kahıllığı nəyə gərəkdir?

Bu ideyadan 8 əsr sonra Beynəlxalq Əmək Təşkilatı (BƏT) əmək məhsuldarlığını iqtisadi artım, rəqabətqabiliyyətlilik və həyat standarlarının ən əsas şərtlərindən biri kimi müəyyənləşdirib. BƏT 2019-cu il hesabatına əsasən Nizami yaradıcılığında əhəmiyyətli yer verilmiş əmək məhsuldarlığı göstəricisi üzrə Azərbaycan Cənubi Qafqaz ölkələri sırasında birinci yerdədir. Lakin bu sahədə əldə etdiyimiz nailiyyətlərə rəğmən əmək məhsuldarlığı ölkəmizdə inkişaf etmiş ölkələrlə nisbətdə aşağı həddədir.

Əmək fəaliyyətinin səmərəliliyi əməyə stimul doğuran amillərdən asılıdır. Böyük mütəfəkkir şairimiz N.Gəncəvi əməyin yüksək nəticələr verməsi üçün hər şeydən əvvəl onun azad əmək olması, hər kəsin öz qabiliyyətinə görə işlə təmin olunması, əmək adamının daima öz bacarıq və ustalığını artırması ideyalarını irəli sürüb. Bu ideyalar hazırkı dövrlə çulğalaşaraq “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb. Milli Prioritetlərə əsasən, ölkədə bütün əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunmalı, xüsusilə qadınların iqtisadi imkanlara çıxışı yaxşılaşmalı, məşğulluqda özəl sektorun payının artması üçün zəruri stimullar yaradılmalıdır.

Maddi nemətlərin bölgüsü məsələsində də Nizami öz humanist təfəkkürünə uyğun bir mövqe tutur. O, quruluşun uyğunsuzluq və bərabərsizliyi ilə razılaşa bilmir. Ədalət və bərabərliyə əsaslanan bölgü sistemi onun ideyasının məğzini təşkil edir. Azərbaycan 2030. Milli Prioritetlərində bu ideya öz əksini tapıb. Belə ki, “Dinamik, inklüziv və sosial ədalətə əsaslana cəmiyyət” ölkənin növbəti 10 illikdə əsas prioritetlərindən biri seçilərək dövlət iqtisadi inkişafı cəmiyyətin bütün təbəqələrinin həyatında hiss etmələrini təmin etməyi planlaşdırır.

Müasir dünyada artıq ölkə iqtisadiyyatının inkişafı yalnız ÜDM-də artım, adambaşına düşən ÜDM, büdcə göstəriciləri və sair kimi iqtisadi göstəricilərlə deyil, eyni zamanda, xoşbəxtlik indeksi, gəlirin faydalılığı, məhsuldar məşğulluq, məmnuniyyət hissi, inkişafın inklüzivliyi və sair daha yeni indikatorlarla ölçülür. Bu gün Azərbaycan 2030 strateji yanaşmasında əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin edilməli, əməkhaqqının artımı əmək məhsuldarlığının artımı ilə uzlaşdırılmalı, gəlirlərin ədalətli bölgüsünü təmin etməli, əhalinin aşağıgəlirli təbəqəsinin sosial-iqtisadi rifahını artırmalı, yoxsulluq səviyyəsinin minimuma endirilməsi və aşağı işsizlik səviyyəsi, eləcə də yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı yardımların əhatə dairəsinin genişləndirilməsi kimi məsələləri ölkə üçün əsas prioritet seçilməsi ədalətli, inklüziv inkişafın əsas təminatçısı olacaq.

N.Gəncəvi bir mütəfəkkir alim kimi elmin əhəmiyyətini "Sən çalış yaxşı öyrən dünyanı, bəşəri, bitkini, daşı, heyvanı" fikri ilə vurğulayıb. N.Gəncəvinin "Xəmsə"sində: "Sirrlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl" və "İsgəndərnamə" kimi böyük əsərlərində özünün dünyagörüşünü, elmə yanaşmasını, elmin öyrənilməsinin əhəmiyyəti haqqında nəzəri fikirlərini poetik formada əks etdirib.

Böyük mütəfəkkir şairimizin "Dünyanın ucqarlarına dağılmış kitabları, Ərəb və Dari dilində deyilmiş sözləri, Buxari və Təbərinin əlyazmalarını... müxtəlif evlərin (sarayların) xəzinələrində saxlanılan əsərləri topladım, öyrəndim, "nə qədər gizli və dərin elmlər vardırsa" hamısından xəbərdar oldum və varlıqların sirrini axtarmağa başladım" sözlərə elmə verdiyi qiyməti göstərir.

Qüvvət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz.

Hər uca rütbədən biliniz, fəqət,

Alimin rütbəsi ucadır əlbət

Dahi şairimiz Nizami Gəncəvi elmə böyük qiymət verməklə, oxucularını, cəmiyyəti elmə yönləndirməyə, elmin iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi olması fikirlərini ortaya qoyub. Ölkənin milli sosial-iqtisadi prioritetlərindən biri kimi “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” seçilməsi və bu strateji məqsədi həyata keçirmək üçün ən əsas faktor elm-təhsilin inkişaf etdirilməsi Nizaminin elmə verdiyi dəyərlə uyğunlaşır. Kompetensiya, sosial vərdişlər və bacarıqların harmoniyada inkişafına əsaslanan “ömürboyu təhsil”ə xüsusi önəm verilməsi, təhsil sistemində gedən modernləşmə davam etdirilməli, ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətədavamlığı təmin olunmalı kimi məsələləri əhatə etməsi 4-cü sənaye inqilabının əsas çağırışlarına uyğun olaraq ölkəmizdə də elmin və yaradıcılığın müasir iqtisadi inkişafın əsas drayveri olacağının əsas göstəricisidir.

Nizami yaradıcılığında insan nəslinin ancaq özü üçün istehsal etməsi və istehlakı son məqsəd ola bilməz ideyası verilib. Dahi şairimiz keçmiş nəsillərlə gələcək nəsillər arasında iqtisadi bağlılığın olması , davamlı və dayanıqlı inkişaf ideyaları haqqında “Davamlı İnkişaf” konsepsiyası yaranmamışdam çox əsr əvvəl fikir bildirmişdi. Bununla Nizami Gəncəvini istehsalın fasiləsiz təkrar olunması ideyasının ilk banilərindən hesab etmək olar.

Ölkənin 2030-cu ilə qədər əsas milli sosial-iqtisadi prioritetlərindən birinin də “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi seçilməsi Nizami ideyaları ilə vəhdət təşkil edir. Həmin prioritetlə müəyyənləşən ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası, yaşıl enerji zonalarının yaradılması, resurslardan səmərəli istifadənin təmin edilməsi məqsədlərinin qarşıya qoyulması yalnız hazırkı nəslin iqtisadi inkişafı ilə kifayətlənməyərək gələcək nəsillər üçün geniş imkanlar açan uzunmüddətli dayanıqlı inkişaf strategiyasıdır.

Səkkiz əsr öncə yaşamış dahi mütəffəkirimiz Nizami Gəncəvinin sosial ədalətli cəmiyyət, elm və əməyin yaratdığı iqtisadi inkişaf ideyaları bugünkü sosial-iqtisadi strategiyalarımızın da əsas ideya mənbəyidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib YENİLƏNƏCƏK

Gürcüstan hökuməti Tbilisi - “Qırmızı Körpü” avtomobil yolunun tikintisinə 100 milyon lari ayırır

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevrilir - ŞƏRH

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

NTD amerikalı basketbolçu transfer edib

Ekspert: Süni intellekt və rəqəmsal bankçılıq İslam maliyyəsinin inkişafına təkan verir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı

Xaçmazda mağazada yanğın olub VİDEO

Xaçmazda mağazada yanğın olub VİDEO

İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib

Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdəndir

Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı?

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Azərbaycanın turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub

Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq

Səhiyyə Nazirliyinin klinikasında 7,5 santimetrik böyrəküstü vəz törəməsi laparoskopik üsulla çıxarılıb

Azərbaycanın mövqeyini təqdim edən rəqəmsal diplomatiyanın inkişaf etdirilməsi vacibdir - ŞƏRH

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb

® Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq

EYBA-nın vitse-prezidenti: Əsl risk qərar verməkdən imtina edən, qərarlarını süni intellektə həvalə edən hüquqşünasdır

UNEC-in 3 əməkdaşı dünyanın ən yaxşı alimləri siyahısında

Gənclər Kitabxanasında görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Estoniyanın sığorta sektoru nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb

“FotoBax” fotomüsabiqəsinə müraciətlərin başa çatmasına iki gün qalıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur

Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir

AMB sədri İstanbulda qlobal iqtisadiyyatın gələcəyi barədə fikirlərini bölüşüb

Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır

Azərbaycan Premyer Liqasında VII tura start verilir

Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Aktiv ƏDV ödəyicilərinin sayı 7 faizədək artıb

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib

® Mərkəzi Gömrük Hospitalının əməkdaşı təltif olunub

Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO