Danimarka qonşu ölkələrlə sərhədlərində gömrük nəzarəti tətbiq edir
Bakı, 12 may (AZƏRTAC). Danimarka həmsərhəd olduğu Almaniya və İsveçrə ilə gömrük nəzarətini bərpa etmək niyyətindədir. Bunun üçün hökumət sağ yönümlü partiyalar və hərəkatlarla razılığa gəlmişdir.
Bu informasiyanı Frans Press Agentliyi Danimarkanın maliyyə naziri Klaus Yort Fredriksenə istinadla yaymışdır.
Fredriksenin sözlərinə görə, yeni sərhəd və gömrük qaydaları iki-üç həftə sonra qüvvəyə minəcəkdir. Almaniya ilə quru sərhədinə, habelə Danimarkanı və İsveçrəni birləşdirən Eresund körpüsü giriş məntəqəsinə xüsusi diqqət yetiriləcəkdir.
Yeni qaydaları açıqlayan maliyyə naziri demişdir: ”Son illər sərhəd cinayətkarlığının sayının artması müşahidə olunur. Biz bu problemi həll etməyə çalışırıq. Danimarka-Almaniya sərhədində yeni elektron avadanlıq quraşdırılmış, yeni dövlət nömrə nişanları tətbiq edilmişdir”.
Danimarka hökumətinin bəyanatı Fransanın və İtaliyanın müvafiq təşəbbüsünü bəyənən Avropa Komissiyasının bəzi hallarda Şengen zonası daxilində müvəqqəti sərhəd nəzarətinin tətbiqi imkanlarının müzakirə edilməsini nəzərdə tutan təklifindən cəmi bir neçə saat sonra səslənmişdir.
Şimali Afrikadan miqrant axını ilə üzləşmiş bu iki ölkə Şengen sazişlərini modernləşdirmək - zonanın daxilində müvəqqəti sərhəd nəzarətini bərpa etmək təklifi ilə Avropa komissarı Joze Manuel Barrozoya məktub göndərmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [12:53]
Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib
- 09.09.2026 [12:39]
Fransada yanğınsöndürənlər tətilə başlayıblar
- 09.09.2026 [12:27]
BMT: Təhsil müəssisələrinə hücumların sayı rekord həddə çatıb
- 09.09.2026 [11:59]
Çində sabiq qubernator 21,8 milyon dollarlıq rüşvətə görə edam olunacaq
- 09.09.2026 [11:30]