Danimarka Qrenlandiyaya yanğınsöndürənlər yollayır
Stokholm, 14 avqust, AZƏRTAC
Danimarka Qrenlandiyanın qərbindəki Sisimiut rayonunda tüğyan edən yanğının söndürülməsinə kömək etmək üçün adaya 38 yanğınsöndürən yollayacaq.
AZƏRTAC “Bloomberg” nəşrinə istinadla xəbər verir ki, alimlərin etdiyi xəbərdarlığa görə, Qrenlandiya buzlaqları rekord sürətlə əriyir, ada meşə yanğınlarının söndürülməsinə kömək etmək üçün öz sərhədlərindən kənarda yerləşən fövqəladə xidmətlərin yardımına getdikcə daha çox ümid bəsləyir.
Rəsmi şəxslərin sözlərinə görə, iyulun əvvəlində başlayan yanğın yaşayış rayonlarına yaxınlaşmaqdadır.
Yerli hakimiyyət orqanları ehtiyat edirlər ki, yanğın dərhal söndürülməsə, qışa qədər davam edəcək, Qrenlandiya təbiətinə ciddi ziyan dəyəcək və qlobal istiləşmənin artıq təsir göstərdiyi yerlərdə buzlaqların əriməsinə gətirib çıxarıb.
Qar və Buz üzrə Milli Məlumat Mərkəzinin iyun ayındakı hesabatına görə, Qrenlandiyanın buz sipərinin təqribən 80 milyard tona ekvivalent olan geniş ərazisi bu ayın 10 günü ərzində yoxa çıxıb.
Qeyd edək ki, dünyanın ən böyük adası Danimarka Krallığı tərkibində muxtar özünüidarəetmə ərazisidir. Danimarkanın müdafiə naziri Trine Bramsen bildirib ki, yanğınsöndürənləri göndərmək qərarı Qrenlandiya ilə Danimarka arasındakı sıx əməkdaşlığın nəticəsidir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]