Daşıma şirkətləri tərəfindən istehlakçıların hüquqlarının pozulması faktları aşkarlanıb
Bakı, 12 aprel, AZƏRTAC
Xarici ölkələrdən daşıma xidmətini həyata keçirən “Mover” MMC və “Cargo Line” MMC tərəfindən yol verilən qanunsuzluqlar barədə çoxsaylı istehlakçı müraciətlərinə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində baxılıb.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, müraciətlər əsasən bağlamaların istehlakçılara çatdırılma müddəti, vaxtı və statusu barədə məlumatların düzgün təqdim edilməməsi, bağlamaların itirilməsi, eləcə də istehlakçılar tərəfindən ödənilən vəsaitin geri qaytarılmaması ilə bağlı olub. Müraciətlərin araşdırılması zamanı istehlakçıların aldadılmasına dair ilkin dəlillər aşkarlandığından qeyd olunan şirkətlərin əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:34]
Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir
- 06.10.2026 [11:09]