“Daşınmaz əmlakın dövlət kadastrının aparılması Qaydaları” təsdiqlənib
Bakı, 2 sentyabr, AZƏRTAC
“Daşınmaz əmlakın dövlət kadastrının aparılması Qaydaları” təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Bu Qaydalar “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə uyğun olaraq hazırlanıb və Azərbaycan Respublikasında daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydalarını müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. Daşınmaz əmlakın kadastr uçotuna alınması daşınmaz əmlakın kəmiyyət və keyfiyyət göstəricilərinin dövlət kadastrına daxil edilməsi ilə onun mövcudluğunun dövlət tərəfindən müəyyən edilməsidir. Dövlət kadastrı Azərbaycan Respublikasının mülkiyyətidir.
Dövlət kadastrı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi vasitəsilə aparılır. Daşınmaz əmlaka dair sahəvi kadastrlarda saxlanılan məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə dövlət kadastrına inteqrasiya edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.09.2026 [15:06]
Dəmir Yolları saxta biletlərlə bağlı vətəndaşlara xəbərdarlıq edib
- 02.09.2026 [13:52]
® “Azercell” təhsildə innovativ yanaşmaların tətbiqini dəstəkləyir
- 02.09.2026 [13:29]
“Azexport.az” beynəlxalq mükafata layiq görülüb
- 02.09.2026 [12:48]
Peşəkar Mühasib Sertifikatı alanların sayı 7282 nəfərə çatıb
- 02.09.2026 [11:59]