Daşkənddə azərbaycanlı professorun “Ürək təranələri” adlı kitabı nəşr edilmişdir
Daşkənd, 14 may (AZƏRTAC). Daşkənddəki “Mühərrir” nəşriyyatı soydaşımız, Səmərqənd Dövlət Universitetinin professoru Səxavət Ociyevin “Ürək təranələri” adlı kitabını çap etmişdir.
Kitaba müəllifin şeirləri, hikmətli sözləri və lətifələri toplanmışdır.
Özbəkistanda tanınmış şair, həvətənimiz İxtiyar Rza kitaba yazdığı “ön söz”də bildirir ki, S.Ociyev 1970-ci ildən bu qədim şəhərdə yaşayır, Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetini bitirmiş, müxtəlif vəzifələrdə işləmişdir. Artıq uzun illərdir ki, təhsil aldığı universitetin müəllimidir.
Səxavət Ociyevin bu şəhərdə yaşamış tanınmış soydaşımız-alim, pedoqoq, jurnalist, tərcüməçi Seyid Rza Əlizadənin həyatı və fəaliyyəti haqqında yazdığı monoqrafiya Özbəkistanın elmi dairələrində rəğbətlə qarşılanmışdır.
Müəllifin şeirləri, elmi və publisistik yazıları Səmərqənddə və Daşkənddə nəşr edilən qəzet və jurnallarda dərc olunmuşdur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:50]
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]
Azərbaycanın ilk milli baleti “Qız qalası” yenidən səhnədə
- 09.09.2026 [10:33]