Daşkənddə keçirilən III Beynəlxalq Lizinq Forumunda Azərbaycanın lizinq bazarının inkişafı müzakirə olunmuşdur
Bakı, 11 may (AZƏRTAC). Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının (ALŞA) sədri Elçin Əhmədov Daşkənddə keçirilən III Beynəlxalq Lizinq Forumunda iştirak etmişdir.
AZƏRTAC xəbər verir ki, Özbəkistan Lizinq Verənlər Assosiasiyası və SAIPRO İnformasiya-Reytinq Agentliyi tərəfindən təşkil olunmuş foruma yerli və xarici dövlətlərin lizinq, sığorta, auditor şirkətlərinin, həmçinin dövlət və ictimai qurumların nümayəndələri gəlmişdilər.
Elçin Əhmədov “Azərbaycanın lizinq sektoru - inkişaf və perspektivlər” mövzusunda təqdimatla çıxış etmişdir. Məruzədə ölkəmizdə lizinqin hazırkı vəziyyəti, bazarın potensialı və gələcək gözləntiləri barədə ətraflı məlumat verilmişdir. E.Əhmədov Azərbaycan lizinq bazarının ən böyük lizinq şirkəti olan Joint Leasing Company timsalında lizinq bazarının inkişaf dinamikası, lizinq şirkətlərinin ölkə iqtisadiyyatında rolu barədə də məruzə etmişdir.
Üç gün davam edən forumda Azərbaycan nümayəndələri Türkiyə və Özbəkistanın bank, lizinq ictimaiyyətinin, beynəlxalq maliyyə strukturlarının təmsilçiləri ilə səmərəli görüşlər keçirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:23]
Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır
- 09.09.2026 [13:11]
TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib
- 09.09.2026 [13:06]
“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb
- 09.09.2026 [13:04]
Azərbaycan İtaliyaya neft tədarük edən ölkələr siyahısında ilk üçlükdədir
- 09.09.2026 [12:57]
“Brent” neftinin qiyməti 100 dolları ötüb
- 09.09.2026 [12:47]