Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatı regional Antiterror strukturunun 34-cü iclası olub
Daşkənd, 16 mart, АZƏRTAC
Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatı Regional Antiterror Strukturunun (ŞƏT RAS) 34-cü iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Rusiyanın sədrliyi ilə keçirilən tədbirdə təşkilatın üzvü olan ölkələr - Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Hindistan, Özbəkistan və ŞƏT RAS İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.
İclasda 2018-ci ildə görülən işlərə yekun vurulub, terrorizm, separatizm və ekstremizmlə mübarizə sahəsində əməkdaşlıq və 2019-cu ildə görülən işlər geniş müzakirə edilib. Tədbirdə 2019-cu ildə “Sarı-Arka-Antiterror-2019” birgə antiterror təlimlərinin, ŞƏT sərhəd xidməti rəhbərlərinin yeddinci iclasının, bu ölkələr üçün seminar-treninqin keçirilməsi qərara alınıb.
Xatırladırıq ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşıdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd