DAŞKƏNDDƏ ULU ÖNDƏRİN DOĞUM GÜNÜ QEYD OLUNMUŞDUR
Əvvəlcə Özbəkistandakı səfirliyimizin əməkdaşları, Mədəniyyət Mərkəzləri Assosiasiyasının, Şərəf Rəşidov Fondunun nümayəndələri və 147 nömrəli məktəbin şagirdləri Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısındakı abidənin önünə əklillər və gül-çiçək dəstələri qoymuşlar.
Səfir Namiq Abbasov Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki misilsiz xidmətlərindən danışmış, onunla bağlı xatirələrini söyləmişdir. O demişdir ki, məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyi qorunub saxlanmış, iqtisadiyyatı dinamik inkişafa başlamış, ölkə demokratik inkişaf yolunu tutmuşdur.
Soydaşlarımız ulu öndər Heydər Əliyevin diasporun təşkilatlanmasındakı rolundan danışmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:30]
Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
- 16.10.2026 [11:07]
Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb
- 16.10.2026 [10:12]
Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub
- 16.10.2026 [00:12]
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]