Daşkənddəki festivalda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də iştirak edib
Daşkənd, 25 dekabr, AZƏRTAC
Daşkənd və Özbəkistan yeparxiyasında keçirilən ətsiz yeməklər festivalında paytaxtdakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) də iştirak edib.
AZƏRTAC xəbər verir ki, festivalda səfirliklər və mədəniyyət mərkəzləri öz xalqlarının ətsiz yeməklərini nümayiş etdirib və həmin təamlar sonda iştirakçılara təklif olunub.
Festivalın Mədəniyyət Mərkəzinə ayrılan guşəsində Azərbaycanın bayrağı, Qarabağın milli qadın və kişi geyimləri, milli musiqi alətlərimiz, suvenirlər nümayiş etdirilib. Festivalda, həmçinin kükü, müxtəlif ətsiz qutablar, şərablar iştirakçılara təklif edilib.
Festivalda Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd