Azərbaycan Dövlət İnformasiya Agentliyi

Davos-2025 milli maraqlarımıza xidmətin parlaq sübutudur – ŞƏRH

Davos-2025 milli maraqlarımıza xidmətin parlaq sübutudur –  ŞƏRH

Bakı, 24 yanvar, AZƏRTAC

Bu günlərdə 1971-ci ildən ənənəvi olaraq İsveçrənin Davos şəhərində keçirilən və əsas məqsədi dünyanın taleyinə birbaşa təsir edən mühüm strateji dünya problemlərinin və hadisələrinin müzakirəsini keçirməkdən ibarət olan Dünya İqtisadi Forumu öz işini yekunlaşdırmaq üzrədir.

Dünya İqtisadi Forumunun 55 illik tarixinə nəzər saldıqda görürük ki, müxtəlif dövrlər üçün aktual və dünya iqtisadiyyatında və siyasətində mühüm rola malik problemlər bu dünyəvi forumun müzakirə obyektləri sırasında yer tutublar. Gündəlikdə qlobal iqtisadi artımın bərpası, iqlim dəyişikliyinin idarə olunması, texnoloji inqilabın təsirləri və qlobal münaqişələrin nəticələri kimi vacib məsələlər var.

Forumun əsas prioritetlərindən biri olan iqtisadi problem barədə danışarkən BİF-in icraçı direktoru Ceremi Yurgen haqlı olaraq hazırda iqtisadi artım anlayışını yenidən dərk etməyin hər zamankından daha vacib olduğunu vurğulayıb.

“Bizə elə bir artım lazımdır ki, insanların rifahını birinci yerə qoysun. Bu, sadəcə, ÜDM rəqəmləri deyil, bu, həyat keyfiyyəti, bərabərsizliklə mübarizə və ekoloji çağırışlardır”, - deyə o bildirib.

Yeni dövrün manifesti kimi səslənən bu ifadələr göstərir ki, iqtisadi uğur yalnız ixrac həcmləri və məhsuldarlıqla deyil, həm də planetə və onun üzərində yaşayan insanlara nə qədər diqqət yetirməsi ilə ölçülür. Müasir dünyanın qarşılaşdığı siyasi, iqtisadi, sosial, ekoloji problemləri, mövcud olan toqquşma və müharibələri, bütün bu sahələrdə daha da artan və özünün pik həddinə yaxınlaşan qeyri-müəyyənliyi nəzərə alan forumun prezidenti Börge Brende bu vəziyyəti bir ifadə ilə xarakterizə edib: “Biz son onilliklərin ən mürəkkəb geosiyasi fonunda yaşayırıq”.

Forumun əsas mövzuları və keçirilən müzakirələr dünyanı qayğılandıran bir sıra problemləri özündə ehtiva edib. O cümlədən:

- tərəqqinin əsası olan sosial etibarın bərpası;

- şəffaflıq, hesabatlılıq və idarəetmənin təkmilləşdirilməsi;

- dünyada iqtisadi artımın səngidiyi bir şəraitdə, inklüzivlik, dayanıqlılıq və davamlı inkişaf yönündə yeni iqtisadi modellərin tətbiqi;

- insan kapitalına müasir yanaşmalar;

- planetin qorunması, iqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi ilə mübarizə;

- hər kəsin enerji, su və ərzağa bərabər çıxışını təmin etmək;

- süni intellektin (Sİ) inkişafı;

- etik məsələlər, imkanlar və risklər;

- iş yerlərinin avtomatlaşdırılması və bu sahənin tənzimlənməsi;

- texnologiyaların əmək bazarına təsiri ilə bağlı təlimlərin inkişafı;

- yaşıl iqtisadiyyat və süni intellekt ilə bağlı bacarıqların və vərdişlərin artırılması, məşğulluq;

- geosiyası risklər.

Azərbaycan üçün Davos-2025 forumu ölkənin qlobal arenadakı mövqeyini gücləndirmək, investisiya cəlb etmək və strateji tərəfdaşlıqlar qurmaq üçün mühüm fürsətdir. Növbəti dəfə də diqqətçəkən əsas məqamlardan biri o oldu ki, forumda fəal iştirakı, maraqlı və strateji əhəmiyyət kəsb edən mülahizələrlə zəngin çıxışları, keçirdikləri çoxsaylı və yüksəksəviyyəli işgüzar görüşləri ilə Azərbaycan Prezidenti İlham Əliyev bu dəfə də diqqət mərkəzində oldu.

Yeri gəlmişkən, öz siyasətində milli maraqları hər şeydən uca tutan Azərbaycan Prezidenti bu strategiyanı builki 55-ci forumda da uğurla davam etdirib.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev Davos Forumunda iştirakın əhəmiyyətini iki nöqteyi-nəzərdən yüksək dəyərləndirir. Birincisi, bu dünyəvi forum Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platformadır. İkinci tərəfdən isə bu mötəbər toplantıya qatılmaq dünyada baş verən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etmək imkanından yararlanmaqla ölkəmizdə islahatları davamlı şəkildə aparmağa, ölkəyə xarici investisiyaları cəlb etməyə imkan verir.

Ölkə başçısının Davos-2025 forumu iştirakçılarının özlərinin arzusu ilə keçirilmiş çoxsaylı görüşlərdə tamamilə haqlı olaraq Azərbaycanı strateji nəqliyyat qovşağı və enerji sektorunda əsas iştirakçı kimi dəyərləndirməklə bərabər çox mühüm və aktual fikirlər ehtiva olunub. Məsələn, ölkə iqtisadiyyatının, infrastrukturunun və yaşıl iqtisadiyyatın əhəmiyyətli inkişafında xarici investisiyaların cəlb olunması ilə bərabər bu uğurun qazanılmasında qarşılıqlı fayda gətirəcək əməkdaşlığın da önəmli rol oynaması vurğulanıb. Digər bir mühüm məqam isə dünyanı lərzəyə salan ekoloji kataklizmlərin gücləndiyi bir zamanda ölkəmizdə ən mühüm prioritetlərdən biri kimi Prezident İlham Əliyev tərəfindən yaşıl iqtisadiyyata verilən mühüm önəm və COP29-un çox uğurla keçirilməsinin mötəbər xarici iştirakçılar tərəfindən yüksək dəyərləndirilməsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il Davosda keçirdiyi çoxsaylı və ölkəmizin gələcəyi üçün çox mühüm əhəmiyyət kəsb edən görüşlərdə ölkəmizin yaşıl enerji, tranzit potensialı və texnoloji innovasiyalar sahələrində böyük perspektivlərə malik olması iştirakçıların diqqətinə çatdırılıb. Qarabağın bərpası fonunda ölkənin regional lider kimi mövqeyinin daha da möhkəmləndirilməsi, turizm potensialı qədim Azərbaycan mədəniyyətinin dirçəlişi və dünyaya tanıdılması, ölkənin beynəlxalq arenada müsbət imicinin formalaşmasına xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşüb. Odile Reno-Basso Azərbaycan Prezidentini COP29-un uğurla keçirilməsi münasibətilə təbrik edib, bu tədbirdə əldə olunmuş nəticələri yüksək qiymətləndirdiklərini vurğulayıb. O, ölkəmizlə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında həyata keçirilən bir sıra layihələrə toxunaraq, Gəncə şəhərinin su təsərrüfatı ilə bağlı layihənin icra olunmasının bank tərəfindən maliyyələşdirilməsinə razılığın verildiyini bildirib. Eyni zamanda o, kiçik və orta sahibkarlığın, qadın sahibkarlığının və dayanıqlı inkişaf layihələrinin dəstəklənməsi üçün ayrılan kredit xətləri barədə də məlumat verib.

Azərbaycan Prezidenti İlham Əliyevin daha bir mühüm görüşü Davosda qarşı tərəfin müraciəti əsasında ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə baş tutub. Söhbət zamanı Azərbaycanda dini azadlıqların təmin olunduğu, müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkəmizdə tarixən sülh, əmin-amanlıq və harmoniya şəraitində yaşamaları məmnunluqla vurğulanmaqla yanaşı, dövlətimizin başçısı bildirib ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib və bunun da nəticəsində ikitərəfli əlaqələrimiz böhrana sürüklənib. Prezident İlham Əliyev 907-ci düzəlişin yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib.

Azərbaycan Prezidenti İlham Əliyev Davos-2025 günlərində keçirdiyi görüşlərdə ölkəmizdə mövcud olan investisiya mühitindən razılığı ifadə edilib, xüsusilə mülkiyyət hüquqlarının qorunması istiqamətində Azərbaycanın xarici investorlara təqdim etdiyi çərçivə yüksək qiymətləndirilib.

“Carlsberg Group” şirkətinin Müşahidə Şurasının sədri Henrik Poulsen və Baş icraçı direktoru Yakob Aarup-Andersen və digərləri yaradılmış şəraitə görə Prezident İlham Əliyevə təşəkkürünü bildiriblər.

Əksər görüş iştirakçıları Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi ilə bağlı niyyəti barədə dövlətimizin başçısına məlumat veriblər.

Builki Dünya İqtisadi Forumunun əsas devizlərindən birini də “İntellektual dövrdə əməkdaşlıq” təşkil edir. Artıq astanasında olduğumuz dövr süni intellekt və kvant hesablama kimi texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdür. Forum çərçivəsində süni intellektin inkişafı və tətbiqi üçün ümumi standartların yaradılması məqsədilə hökumətlər və texnologiya şirkətləri tərəfindən “Qlobal Sİ Sazişi” imzalanıb.

Qlobal problemlərin - iqlim dəyişiklikləri, iqtisadi qeyri-müəyyənlik və geosiyasi gərginliyin artması fonunda keçirilən 2025-ci ilin Dünya İqtisadi Forumu bir daha Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş COP29 ölkəmizə, etibarlı, sözü ilə əməli vəhdət təşkil edən dövlət başçımıza inamın təsdiqi kimi dəyərləndirilməklə son məqamda milli maraqlarımıza xidmətin parlaq sübutudur.

Vahid Novruzov

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri,

iqtisad elmləri doktoru, professor

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə