Daxili işlər naziri Sabirabadda vətəndaşlarla görüşəcək
Bakı, 29 mart, AZƏRTAC
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov aprelin 19-da Sabirabad Rayon Polis Şöbəsinin inzibati binasında İmişli, Beyləqan, Füzuli, Xocavənd, Saatlı və Sabirabad şəhər və rayonlarının sakinlərinin qəbulunu keçirəcək.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar aprelin 18-dək nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [16:22]
Donor qanı hansı yoxlamalardan keçirilir?
- 04.06.2026 [15:09]
Əməyin mühafizəsinə dair sertifikatlar təhsil işçilərinə təqdim olunub
- 04.06.2026 [15:07]