DAXİLİ İŞLƏR NAZİRLİYİ BMT-NİN NARKOTİKLƏR VƏ CİNAYƏTKARLIQLA MÜBARİZƏ İDARƏSİ İLƏ ƏMƏKDAŞLIQ EDƏCƏKDİR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir, general-polkovnik Ramil Usubov aprelin 17-də BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin Mərkəzi Asiya üzrə regional informasiya və əlaqələndirmə mərkəzinin direktoru Beksultan Sarsekovla görüşmüşdür.
Qonağı yeni təyinat münasibətilə təbrik edən daxili işlər naziri Ramil Usubov Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində görülən işlərdən danışmış, bu ümumbəşəri bəlaya qarşı birgə mübarizənin zəruriliyini vurğulamışdır.
Görüşdə Regional Mərkəzlə qarşılıqlı əməkdaşlığın mexanizmləri, məlumat mübadiləsi qaydaları, razılaşdırılmış əməliyyat və əməliyyat-axtarış tədbirlərinin təşkili və həyata keçirilməsi, beynəlxalq kompleks tədbirlərin aparılmasında Mərkəzin rolu, həmçinin digər məsələlər müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:12]