Azərbaycan Dövlət İnformasiya Agentliyi

Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

İclasda prezident seçkiləri ilə əlaqədar daxili işlər orqanlarının ictimai asayişin mühafizəsində hazırlığının vəziyyəti, vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi sahəsində görülən işlər müzakirə olunub

Bakı, 16 mart, AZƏRTAC

Martın 16-da Daxili İşlər Nazirliyində (DİN) Azərbaycan respublikasında keçiriləcək prezident seçkiləri ilə əlaqədar daxili işlər orqanlarının ictimai asayişin mühafizəsində hazırlığının vəziyyəti və qarşıda duran vəzifələrə və vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi sahəsində görülən işlərin vəziyyətinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini vurğulayıb. Nazir ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan, qarşıdakı illərdə xalqımızın və dövlətçiliyimizin taleyinin müəyyənləşməsində həlledici əhəmiyyətə malik bu ümumdövlət əhəmiyyətli tədbirdə - prezident seçkilərində səsvermə hüququna malik beş milyondan çox seçicinin iştirakının, habelə çoxsaylı beynəlxalq müşahidəçilərin gəlişinin gözlənildiyini xatırladıb. Ramil Usubov bu il aprelin 11-də - səsvermə günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsi üçün vacib olan ictimai asayişin və təhlükəsizliyin etibarlı qorunması məqsədilə müvafiq “Tədbirlər planı”nın təsdiqlənərək xüsusi nəzarətə götürüldüyünü, icrasının təmin olunması üçün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Seçkilərdə bütün səsvermə hüququ olanların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi, son aylar nazirliyin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən vətəndaş məmnunluğunun təmini məqsədilə paytaxtda və bölgələrdə səyyar xidmətlərin keçirildiyini vurğulayan general-polkovnik R.Usubov belə tədbirlərin ictimaiyyət tərəfindən də razılıqla qarşılandığını, lakin bir sıra görüləsi işlərin olduğunu bildirib.

Ölkədəki mövcud kriminogen duruma toxunan nazir cari ilin ötən dövründə də cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması üzrə kompleks tədbirlərin uğurla davam etdirildiyini, bütövlükdə qarşıda duran vəzifələrin layiqincə yerinə yetirildiyini deyib.

Gündəlikdəki birinci məsələ ilə bağlı Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov məruzə ilə çıxış edib. Qeyd olunub ki, seçkilərin gedişi, eləcə də qanun pozuntuları barədə daxil olmuş məlumatların yoxlanılaraq zəruri tədbirlərin görülməsi və nəticələrinin vaxtında məruzə olunması məqsədilə nazirliyin aidiyyəti baş idarə və idarələrinin əməkdaşlarından ibarət xüsusi işçi qrupu, Bakı Şəhər Baş Polis İdarəsində isə xüsusi operativ qrup yaradılıb.

Seçki kampaniyasının təbliğat-təşviqat mərhələsində, eləcə də səsvermə günü seçicilərin, beynəlxalq müşahidəçilərin və bu prosesdə iştirak edən digər subyektlərin təhlükəsizliyinin təmini, hüquqlarının qorunması, vətəndaşlarla ünsiyyətdə polis əməkdaşlarının etik davranış qaydalarına ciddi riayət etmələri kimi məsələlər də diqqət mərkəzində saxlanılır. Polisin bu mühüm mərhələdə hüquq və vəzifələrinə dair Mərkəzi Seçki Komissiyası ilə birgə hazırlanmış 11 min ədəd “Yaddaş kitabçası” şəxsi heyətə paylanıb. Həmçinin bu il fevralın 15-də “Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti” mövzusunda Mərkəzi Seçki Komissiyasında keçirilmiş müşavirədə seçki prosesində polis orqanlarının hüquq və vəzifələri, həyata keçirilən təhlükəsizlik tədbirləri haqqında ətraflı məlumat verilib.

Məruzəçi qeyd edib ki, Daxili İşlər Nazirliyinin bütün orqan və hissələri gücləndirilmiş iş rejimində xidmət aparacaq, dairə və məntəqə seçki komissiyalarının mühafizəsini təmin edəcək 12 mindən çox polis əməkdaşı bütün zəruri xüsusi və digər vasitələrlə tam təchiz olunub. Şəhər, rayon polis orqanlarının dislokasiya planlarındakı dəyişikliklər nəzərə alınmaqla, ictimai yerlərdə, o cümlədən küçələrdə hüquq qaydasının təmin edilməsinə cəlb olunan naryadların sayı artırılıb. Təbliğat-təşviqat kampaniyasının keçirildiyi yerlərdə və səsvermə günü seçki məntəqələrinin ətrafında hüquq qaydasına riayət olunmasının vəziyyəti “Təhlükəsiz şəhər” sisteminin müşahidə kameraları ilə fasiləsiz izlənəcək, bütün hüquqazidd hərəkətlərə dərhal reaksiya verilməklə yaxınlığındakı naryadlar hadisə yerinə yönəldiləcək. Seçki bülletenləri dairə və məntəqə seçki komissiyalarına daxil olduğu andan dairə və məntəqələr polis orqanları tərəfindən 24 saat müddətinə mühafizəyə götürüləcək.

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Nüsrət Şirinov vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi sahəsində görülən işlərin vəziyyəti barədə məruzə ilə çıxış edib.

Baş idarə rəisi bildirib ki, şəxsiyyəti təsdiq edən sənədlərin verilməsi sahəsində vətəndaşlara xidmətin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyalar tətbiq olunmaqla göstərilməsi ilə bağlı beynəlxalq təcrübə dərindən öyrənilib, dövlətimizin başçısının fərman, sərəncam və tapşırıqlarından, ölkə qanunvericiliyindən, irəli gələn vəzifələrin icrası daim diqqət mərkəzində saxlanılıb, yeni nəsil sənədlərin tətbiqinə dair Dövlət Proqramından irəli gələn tələblər ardıcıllıqla yerinə yetirilib. Nəticə etibarı ilə qanunvericilik aktlarına elektron daşıyıcısı olan şəxsiyyət vəsiqələri ilə bağlı müddəalar əlavə edilib, həmin sənədin spesifikasiyası, təsviri və nümunəsi təsdiqlənib. Yeni vəsiqələrin çipində fərdi biometrik göstəricilər də daxil olmaqla 20-dən çox məlumatın yerləşdirilməsi nəzərdə tutulur. Bütövlükdə, ölkə prezidentinin 2017-ci il 8 dekabr tarixli fərmanına uyğun olaraq, biometrik şəxsiyyət vəsiqələrinin tətbiqinə dair DİN-in qarşısında qoyulmuş bütün vəzifələr yerinə yetirilib.

Məruzəçi qeyd edib ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən qeydiyyat və şəxsiyyət vəsiqəsi qruplarının işi də nəzarətdə saxlanılır. Təkcə ötən il müvafiq mərkəzlərdə ölkə vətəndaşlarına 646 min 242 şəxsiyyət vəsiqəsi verilib.

Diqqətə çatdırılıb ki, qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumlarının əməkdaşlarından ibarət səyyar qruplar cəbhəboyu bölgələrə ezam olunub, ötən il mayın 16-dan bu il martın 1-dək 14 min nəfərə şəxsiyyət vəsiqəsi verilib və ya etibarlılıq müddəti bitmiş müvafiq sənədlər dəyişdirilib. Bütövlükdə şəxsiyyəti təsdiq edən sənədlərin dəyişdirilməsi ilə bağlı islahatların başlandığı 2001-ci ilin sentyabrından bu ilin martınadək 8 milyon 614 min 710 vətəndaş, o cümlədən 16 yaşdan yuxarı 6 milyon 748 min 524 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin edilib.

Məruzə ətrafındakı çıxışlarda görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı danışılıb.

İclasa yekun vuran nazir hər iki məsələ üzrə görülən işlərin qənaətbəxş olduğunu, əldə edilmiş müsbət nəticələrlə yanaşı, ayrı-ayrı ərazi orqanlarında ümumi işə mənfi təsir göstərən halların mövcudluğunu bildirib, tədbir iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin qarşıda duran vəzifələrə yönəldib, konkret tapşırıq və tövsiyələrini verib.

R.Usubov aprelin 11-də keçiriləcək prezident seçkiləri zamanı ictimai asayişin təmin olunmasının, qanunvericiliklə müəyyən edilmiş vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsinin, geyim formasını daşıma, həmçinin vətəndaşlarla təmasda hər zaman nümunəvi davranış qaydalarına ciddi riayət edilməsinin, əməkdaşların fiziki, döyüş və peşəkar hazırlıq səviyyəsinin daha da yüksəldilməsinin vacibliyini nəzərə çatdırıb. Prezidentliyə namizədlərin və onların nümayəndələrinin təbliğat-təşviqat apardıqları, yığıncaq və toplantı keçirdikləri yerlərdə ictimai asayişin etibarlı mühafizə olunması, təxribatların və neqativ halların qarşısının operativ şəkildə alınması, seçki komissiyalarının, habelə seçki bülletenlərinin, səsvermə protokollarının və digər sənədlərin etibarlı mühafizəsinin təşkili, eyni zamanda, seçki gününədək səsvermə hüququ olanların müvafiq sənədlərlə tam təmin olunması, etibarlılıq müddəti bitmiş vəsiqələrin dəyişdirilməsi sahəsində işlərin qısa müddətdə başa çatdırılması, səyyar qrupların işinin daha da sürətləndirilməsi müvafiq orqanların rəhbərlərindən tələb edilib.

Çıxışının sonunda nazir Ramil Usubov ölkə rəhbərliyinin respublika daxili işlər orqanlarına hər zaman ali diqqət və qayğı göstərdiyini, bunun növbəti əyani təzahürü kimi Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə əməkdaşların, hərbi qulluqçuların və mülki işçilərin aylıq vəzifə maaşlarının cari il martın 1-dən artırıldığını məmnunluqla qeyd edərək, buna görə minnətdarlığını ifadə edib. O, əmin olduğunu bildirib ki, şəxsi heyət qarşıda duran məsul vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, yüksək etimadı doğrultmağa çalışacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda inflyasiyanın həcmi açıqlanıb

Akademik: Əsas məsələ neftə malik olmaq deyil, ondan səmərəli istifadə etməkdədir

“Qurtuluş məfkurəsi: Xilaskarlıq missiyasından Zəfər zəmanəsinə” adlı tədbir təşkil olunub

Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər

Seçmə mərhələ: Futzal üzrə Azərbaycan millisinin püşkatmadakı səbəti bəlli olub

Yaponiya dəniz plastik tullantılarını aşkar etmək üçün müəssisə istifadəyə verib

İstehlakçıların ticarət şəbəkələrində aldıqları məhsulun dəyəri 3,8 faiz artıb

Birgə səylərlə uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaq mümkündür ŞƏRH

Azərbaycanın strateji valyuta ehtiyatları 15,2 faiz artıb

Süni intellekt 2030-cu ildə təqribən trilyon kilovat-saat elektrik enerjisi istehlak edə bilər

“Şəfa” klubu növbəti transferini reallaşdırıb

Zərifə Quliyeva: “Qəhrəmanlıq zirvəsi” kitabını 10 cilddə ərsəyə gətirməyi planlaşdırıram

Mütəxəssis: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqların təhlükəsizliyinə müsbət təsir göstərəcək

Nazir müavini: Kitabxanaların 90 faizdən çoxu beynəlxalq standartlara cavab vermir

“Qəbələ” afrikalı futbolçu ilə vidalaşıb

Azərbaycanda muzdla çalışanların orta aylıq əməkhaqqı 1170 manatı ötüb

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb

Ankarada VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan təqdimat və panel müzakirə təşkil edilib

Neft-qaz sektorunda 16 milyard manatdan çox ÜDM istehsal olunub

BASF konserninin rəhbəri: Avropanın kimya sənayesi son 25 ilin ən dərin böhranı ilə qarşılaşıb

Bu il qlobal neft tədarükü gündəlik 98,9 milyon barel olacaq

Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artıb

Təbii sərvətlərdən əldə olunan gəlirlərin səmərəli istifadəsi Azərbaycanın strateji gücünü möhkəmləndirir - ŞƏRH

Aqil Bəhramlı: Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin inkişaf yolunun başlanğıcıdır

Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər

ABŞ səfirliyi diplomatların İsrail daxilində hərəkətini məhdudlaşdırıb

Sabah 33 dərəcə isti olacaq

Qardaşlıqdan strateji tərəfdaşlığa: Şuşa Bəyannaməsinin iqtisadi nəticələri – ŞƏRH

® “TəhsilPlus” kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verilib

Nazir: Mədəniyyət Konsepsiyasının əsas məqsədi mədəniyyətə əlçatanlığın təmin edilməsidir

Azərbaycanda ÜDM-in həcmi açıqlanıb

Vüqar Zeynalov: Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan tərəqqi yoluna qədəm qoyub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir

Nazir: İdman sahəsində sıx əməkdaşlıq Azərbaycan və Serbiya prezidentlərinin qarşımıza qoyduğu vəzifənin məntiqi nəticəsidir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: İdman sahəsində sıx əməkdaşlıq Azərbaycan və Serbiya prezidentlərinin qarşımıza qoyduğu vəzifənin məntiqi nəticəsidir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır

Araşdırma: İtlər insan mesajlarını sözlər olmadan da anlaya bilir

ABŞ neft qiymətləri ilə bağlı proqnozunu artırıb

Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü

Fransada yaşlı insanların sayının artacağı gözlənilir

Nazir: Məqsədimiz ölkə əhalisinin ən azı 95 faizini kitabxana xidmətləri ilə əhatə etməkdir

Tovuz Rayon Prokurorluğunda “Açıq qapı” günü

Bu saata olan əsas xəbərlər

Rəssam Yelizaveta Nevinnaya: Bakı tamaşaçısı üçün çalışmaq mənə maraqlı gəldi

Ekspert: Yeni Fərmanla sahibkarlar regionlarda fəaliyyət göstərməyə stimullaşdırılır

Tahir Budaqov: Ulu Öndər Azərbaycan dövlətçiliyinin xilaskarı kimi müasir tariximizdə silinməz iz qoyub

Ağsuda yük avtomobili aşıb, xəsarət alanlar var VİDEO

Ağsuda yük avtomobili aşıb, xəsarət alanlar var VİDEO

®  “OBA Plus”da OBİ qazandırmağa gəlir VİDEO

® “OBA Plus”da OBİ qazandırmağa gəlir VİDEO

Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Antoniu Joze Sequruya

Ekspert: Yeni tənzimləmələr uşaqların təhlükəsizliyinin təmin olunmasına xidmət edir

Adil Kərimli: Kitabxana sistemində infrastruktur və məzmun baxımından problemlər var

Folklor İnstitutunda “Kitabi-Dədə Qorqud”un mifoloji xülasələrinə dair məruzə təqdim edilib

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb

Türkiyənin Adana şəhərində dünyada ən böyük arı “oteli” açılıb

Qazaxıstan HDQ hərbi qulluqçuları Xəzər akvatoriyasında döyüş təlim tapşırıqlarını yerinə yetiriblər

Tarixə düşən azərbaycanlı boks hakimi: Los-Anceles Olimpiadasında da iştirak etməyi arzulayıram

ABŞ-nin enerji naziri: Hörmüz boğazında gəmi nəqliyyatı əhəmiyyətli dərəcədə artıb

AZSET proqramına qeydiyyat başladı: gələcəyin mühəndisləri üçün yeni imkan

Tələbələr Polimer Materialları İnstitutunda təcrübə keçirlər

Bu ilin yanvar-may aylarında əlillik təyin olunan şəxslərin sayı açıqlanıb

Milli Qurtuluş Günü: Müstəqilliyi xilas edən tarixi qərar

Yohannesburqda kütləvi atışma nəticəsində 12 nəfər ölüb

Türk ekspert: Azərbaycan, Türkiyə və Gürcüstan arasında strateji tərəfdaşlıq dərinləşir RƏY

Deputat: Uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit formalaşdırılır

Sərxoş sürücünün sərnişinindən narkotik vasitələr aşkarlanıb VİDEO

Sərxoş sürücünün sərnişinindən narkotik vasitələr aşkarlanıb VİDEO

BƏT: Dünyada təqribən 138 milyon uşaq əmək istismarına məruz qalır

Yəmən sahillərində silahlı şəxslər yük gəmisinə hücum edib

Ağcabədi kümçüləri barama tədarükünə başlayıblar

Mərkəzi Bankın əməkdaşları Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycan və Çin arasında elmi əməkdaşlıq əlaqələri genişləndirilir

Saxta sənədlərlə daşınmaz əmlak əldə edənləri nə gözləyir? - Ali Məhkəmədən vacib qərardad

Cəbrayıllı yeniyetmələr yeni Cəbrayılı fotolarda əks etdirdilər VİDEO

Cəbrayıllı yeniyetmələr yeni Cəbrayılı fotolarda əks etdirdilər VİDEO

“Airbus”la birlikdə səkkiz şirkət Almaniyaya altıncı nəsil döyüş təyyarəsi təklif edib

Rusiyanın Çeboksarı şəhəri və Samara vilayəti raket və dron hücumlarına məruz qalıb

ABŞ-nin xam neft ehtiyatları azalır

AQTA yerli istehsalçıların Çin bazarına çıxışını təmin etmək istiqamətində fəaliyyətini davam etdirir

Zərdabda heyvandarlıqda innovativ yenilik - xırdabuynuzlu heyvanlar ölkədə ilk dəfə avtomatlaşdırılmış qurğu ilə dezinfeksiya edilir

İran XİN Vaşinqtonu Yaxın Şərqdən qoşunlarını çıxarmağa çağırıb

Samara hava limanında məhdudiyyətlər aradan qaldırılıb

Azərbaycanda 10 xarici rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 45-ə çatıb

Ötən gün axtarışda olan 181 nəfər saxlanılıb

Türkiyənin Nevşehir vilayətində Azərbaycana həsr olunmuş fotosərgi açılıb

Ölkədə əmək müqavilələrinin sayı artıb

Norveç millisi dünya çempionatına 300 kiloqram balıq aparacaq

AzTU komandası Tələbə Basketbol Liqasının qalibi olub

AzMİU ilə Avropanın ən böyük tədqiqat institutu arasında strateji əməkdaşlıq memorandumu imzalanıb

Modi Hindistanın Baş naziri kimi rekord qırıb

Avropada müşahidələr tarixində ikinci ən isti may ayı qeydə alınıb

Ədliyyə Akademiyasında müsabiqə elan olunub

Balakəndə yeni Dövlət Proqramı müzakirə olunub, fermerlərin problemləri dinlənilib

Azərbaycan-Türkiyə əlaqələri: Qardaşlıqdan strateji müttəfiqliyə yüksələn münasibətlər

Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb VİDEO

Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb VİDEO

Vəkillər Kollegiyasının nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub

Media: Türkiyə bankları Suriyada öz şöbələrini açacaq

Azad edilmiş ərazilərdə 5 hektardan bir parselləşmə işlərinin həyata keçirilməsi nəzərdə tutulur

Dünya bazarında qızıl 58 dollar ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl 58 dollar ucuzlaşıb VİDEO

BMT-nin COSP19 konfransında əlilliyi olan şəxslərin hüquqları müzakirə olunur

Azərbaycan millisinin baş məşqçisi: Bu mövsüm bizə çox dəyərli təcrübə qazandırdı

BŞDYPİ “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi şirkətlərinə müraciət edib