DDA-nın nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin sessiyasında iştirak edəcəkdir
Bakı, 10 may (AZƏRTAC). Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin mayın 11-dən 20-dək Londonda keçiriləcək 89-cu sessiyasında Azərbaycanı Dövlət Dəniz Administrasiyasının (DDA) rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcəkdir.
DDA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sessiyada yeni gəmilərin inşa edilməsinə dair standartların müəyyən edilməsi, dəniz ətraf mühitinin qorunması, dənizdə təhlükəsizliyin təmin olunması, həyata keçirilən axtarış və xilasetmə əməliyyatlarının təkmilləşdirilməsi, üzv dövlətlərdə Beynəlxalq Dəniz Təşkilatı tərəfindən qəbul edilmiş standartların tətbiqinin və nəzarət mexanizminin gücləndirilməsi, təhlükəli yüklərin və konteynerlərin daşınması və s. məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur.
Sessiyada, həmçinin Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlər tərəfindən Dövlət Bayraq və Liman Nəzarətinin həyata keçirilməsi vəziyyəti, dəniz dövlətlərində uzaq məsafədən tanıma və izləmə sistemlərinin inteqrasiyası və təsnifat cəmiyyətlərinin fəaliyyətlərinə nəzarət mexanizminin gücləndirilməsi metodları müzakirə ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [16:36]
Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib
- 09.09.2026 [15:54]
® ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya
- 09.09.2026 [15:49]
® “Birbank Taksit” kartı sentyabrda daha çox qazandırır: 3 faiz əlavə bonus
- 09.09.2026 [15:18]