Dehlidəki bir neçə xəstəxanada bomba həyəcanı yaşanıb
Bakı, 14 may, AZƏRTAC
Hindistanın paytaxtı Dehli ərazisindəki bir neçə xəstəxanaya bomba təhlükəsi ilə bağlı məlumat daxil olub.
AZƏRTAC “Hindistan Times” saytına istinadla xəbər verir ki, elektron poçt vasitəsilə alınan təhdiddə xəstəxana ərazilərinə partlayıcılar qoyulduğu iddia edilib. Polis dərhal hərəkətə keçib və kütləvi axtarışlar aparmaq üçün xəstəxanalara xeyli sayda bomba zərərsizləşdirmə qrupları göndərib.
Hedgevar xəstəxanasının mühafizəsi üzrə məsul şəxs mediaya açıqlamasında xəstəxana binalarının hərtərəfli yoxlanılmasının aparıldığını, polis və bomba axtarış qruplarının işi nəzarətə götürdüyünü bildirib. Axtarış nəticəsində şübhəli heç nə aşkarlanmayıb.
Xatırladaq ki, bazar günü Dehlidəki İndira Qandi Beynəlxalq Hava Limanı və bir neçə xəstəxana da oxşar bomba təhdidləri alıb. Bu ayın əvvəlində paytaxtdakı 100-dən çox məktəbə eyni tipli mesajlar göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
- 17.10.2026 [09:54]
“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]