Dembele “Leqanes” ilə oyunda zədələnib
Bakı, 21 yanvar, AZƏRTAC
İspaniyanın “Barselona” futbol klubunun yarımmüdafiəçisi zədələnib.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, 21 yaşlı Osman Dembele İspaniya çempionatının 20-ci turunda “Leqanes”lə (3-1) qarşılaşmanın 69-cu dəqiqəsində sol ayağından zədələndiyinə görə, bir müddət yaşıl meydanlardan kənarda qalacaq.
Kataloniyalıların məşqçisi Ernesto Valverde oyundan sonra açıqlamasında yarımmüdafiəçinin zədəsinin tez bir zamanda sağalacağına ümid etdiyini bildirib.
Dembele birinci hissənin 32-ci dəqiqəsində ilk qolu qonaqların qapısından keçirib.
Fransız yarımmüdafiəçi cari mövsümdə klubun heyətində keçirdiyi 27 oyunda 13 qol vurub.
Qeyd edək ki, Dembele Fransa millisinin heyətində 21 matçda 2 dəfə fərqlənib.