Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dəmir iradəyə malik qətiyyətli və müdrik Lider

Dəmir iradəyə malik qətiyyətli və müdrik Lider

Bakı, 23 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin möhkəm təməlini qoyduğu Azərbaycanı bu gün müstəqil siyasətə, beynəlxalq münasibətlər sistemində böyük nüfuza, müasir texnoloji tərəqqiyə əsaslanan dayanıqlı iqtisadi inkişafa, güclü orduya malik ölkəyə çevirib.

2003-cü ildə Azərbaycan xalqı yeni əsrin ilk Prezident seçkilərində düzgün seçim edərək öz gələcək taleyini Ulu Öndərin layiqli varisi, yeni əsrin Lideri İlham Əliyevə etibar etdi. Prezident İlham Əliyev tərəfindən müdrikliklə həyata keçirilən siyasi kurs ötən 21 il ərzində Azərbaycana mühüm tarixi nailiyyətlər qazandırıb.

Bu fikirlər Milli Məclisin deputatı Mircəlil Qasımlının “Dəmir iradəyə malik qətiyyətli və müdrik Lider” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Qətiyyətli Lider - qüdrətli dövlət

Prezident İlham Əliyevin uzaqgörən qərarları, nəticəyə hesablanmış, dünyadakı mövcud reallıqlara, zamanın çağırışlarına adekvat siyasət xətti ötən illər ərzində Azərbaycanı uğurdan-uğura daşıyıb, tarixi qələbəmizə qovuşdurub.

Ölkə başçısının müdrik rəhbərliyi ilə milli maraqlarımızın qorunmasına, açıq siyasi dialoqa, bərabərhüquqlu münasibətlərin inkişafına yönəlmiş prinsipial xarici siyasət kursu Azərbaycanı müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaşa və nüfuzlu dövlətə çevirib.

Hələ 2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi gənc ölkəmiz üçün böyük tarixi nailiyyət idi. Eyni zamanda, Azərbaycan dünyada ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına dörd il ərzində uğurlu sədrlik etdi. Prezident İlham Əliyevin təsisatın sədri kimi irəli sürdüyü qlobal təşəbbüslər həm respublikamızın, həm də Hərəkatın beynəlxalq nüfuzunun yüksəlməsində önəmli rol oynadı. Həmçinin təşkilata üzv ölkələrin Azərbaycana dəstəyi ölkəmizə qarşı bir sıra ədalətsiz qərarların qarşısının alınmasında mühüm rol oynadı.

Azərbaycan Prezidentinin böyük uzaqgörənliklə həyata keçirdiyi siyasətdə Türk dünyası ilə münasibətlər mühüm yer tutur. Türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsi istiqamətindəki səylər türk dövlətləri arasında birliyin, əməkdaşlığın möhkəmləndirilməsinə əvəzsiz töhfələr verir. Artıq Türk Dövlətləri Təşkilatı beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malik təsisatlardan biri hesab olunur. 2024-cü ilin iyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi isə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində birgə fəaliyyətin genişləndirilməsini nəzərdə tutur.

Ölkəmiz, həmçinin Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər təsisatlarla uğurlu əməkdaşlıq edir.

Bir neçə gün öncə isə Azərbaycan Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı çərçivəsində təşkilata üzv qəbul edildi. Bu, Azərbaycana etimadın göstəricisi olmaqla yanaşı, ölkəmizin İslam həmrəyliyinin gücləndirilməsi istiqamətindəki səylərinə verilən dəyərin təzahürüdür.

Həmçinin Azərbaycan ikitərəfli formatda dost və tərəfdaş ölkələrlə uğurlu əməkdaşlıq həyata keçirir. Qarşılıqlı faydalı tərəfdaşlığa əsaslanan bu münasibətlər Azərbaycanın çoxtərəfli diplomatiyasının uğurla həyata keçirilməsini təmin edir. Azərbaycan istər Şərqdə, istərsə də Qərbdə etibarlı tərəfdaş kimi qəbul olunur.

Təbii ki, qardaş Türkiyə ilə münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi ötən illər ərzində uğurla həyata keçirilən strateji tərəfdaşlıq münasibətlərinin məntiqi nəticəsidir.

Dünyada mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi tanınan ölkəmiz bu il qlobal əhəmiyyətli məsələlərin müzakirə olunduğu COP29-a uğurla ev sahibliyi etdi. COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsinə yekdilliklə qərar verilməsi ölkəmizin beynəlxalq nüfuzuna yüksək etimadın növbəti təzahürüdür.

İyirmi bir il ərzində qazanılan uğurların göstəriciləri

Hər bir dövlətin xarici siyasəti onun daxili siyasətinin davamı kimi qəbul edilir. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursunun qazandırdığı parlaq nailiyyətlər də məhz ölkəmizdə həyata keçirilən uğurlu daxili siyasətin parlaq təzahürüdür.

Fəaliyyətini “hər bir azərbaycanlının Prezidenti olacağam” tezisi əsasında quran dövlətimizin başçısının rəhbərliyi ilə ötən müddət ərzində bütün sahələrdə xalqın iradəsinə əsaslanan siyasət həyata keçirilib, əhalini düşündürən məsələlərin həlli istiqamətində böyük nailiyyətlər əldə edilib.

Sosial sahənin inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən müddət ərzində dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artırılıb. Həmçinin bu dövrdə minimum əməkhaqqı 38, orta aylıq əməkhaqqı 12, minimum pensiya 14, orta aylıq pensiya 18, yaşa görə orta aylıq pensiya 19 dəfə artırılıb. Bu gün ölkə üzrə yoxsulluq səviyyəsinin təxminən 5 faiz səviyyəsinə salınmasına nail olunub. Həmçinin 21 il öncə 77,4 manat olan orta aylıq əməkhaqqı bu gün 993 manata yüksəlib.

Eyni zamanda, sosial infrastrukturun qurulması istiqamətində mühüm nailiyyətlər əldə edilib. Bu xüsusda, səhiyyənin inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı islahatları və dövlət proqramlarını qeyd etmək lazımdır. Belə ki, görülən əsaslı işlər nəticəsində tibb sektoru müasir standartlar səviyyəsində qurulub, onun maddi-texniki bazası və yüksəkixtisaslı kadr potensialı daha da gücləndirilib. Tibbi xidmətlərinin keyfiyyətinin daha da artırılması məqsədilə 760-a yaxın müasir tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilərək istifadəyə verilib. Səhiyyə ocaqlarında innovativ infrastruktur yaradılıb və əhalinin səhiyyə xidmətlərinə əlçatanlığı daha da yaxşılaşdırılıb. Mütərəqqi elmi-texniki nailiyyətlərin tətbiq olunduğu və idarəetmə proseslərinin rəqəmsallaşdırıldığı Azərbaycan səhiyyəsi bu gün xidmət səviyyəsinin keyfiyyəti və tibb müəssisələrinin sayına görə regionda lider mövqeyə sahibdir.

Həmçinin elm və təhsil sektorunun qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi, tədqiqat və tədrisin keyfiyyətinin artırılması, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı işinin təşkili istiqamətlərində məqsədyönlü addımlar atılıb. Orta və ali təhsilin elmi-metodiki təminatının gücləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan innovativ infrastrukturun qurulması üzrə əsaslı işlər görülüb, yeni çağırışlara cavab verən elm və təhsil modeli yaradılıb. Bu müddət ərzində böyük hissəsi bölgələrdə olmaqla 3600-dən çox məktəb, 450-dən çox uşaq bağçası tikilib və ya əsaslı şəkildə bərpa edilib.

Ötən dövrdə əhalinin məşğulluq səviyyəsinin artırılması prioritet istiqamət kimi müəyyənləşdirilib, 2004-cü ildən bu günədək regionlarda 1,8 milyarddan çox yeni iş yeri yaradılıb. Həmçinin əhalinin fasiləsiz su və enerji ilə təminatı üzrə əsaslı işlər görülüb, müasir infrastruktur qurulub.

Dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən uğurlu struktur islahatlarının tərkib hissəsi kimi yaradılan “ASAN xidmət” ölkəmizin innovativ brendinə çevrilərək, xalqımızın sosial rifah halının yüksəlməsinə dəyərli töhfə verir. Qısa müddətdə artıq beynəlxalq miqyasda da tanınan xidmətin qabaqcıl iş təcrübəsi bir çox ölkələrdə örnək kimi qəbul olunur, öyrənilir və tətbiq edilir.

Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosialyönümlü dövlət siyasətinin uğurlarının, ölkədə sosial ədalətin təmin olunması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımların göstəricisidir.

Bu gün inkişafının yeni mərhələsində inamla addımlayan Azərbaycan qarşıdakı illərdə sosial sahədə daha yüksək nəticələr əldə etmək əzmindədir. 2025-ci ildə dövlət büdcəsinin sosialyönümlü xərcləri 16,9 milyard manat nəzərdə tutulub ki, bu da son günlərini yaşadığımız 2024-cü illə müqayisədə 1,4 milyard manat çoxdur.

İqtisadiyyatı güclü olan dövlət

Təbii olaraq, 2003-cü ildən sonrakı müddət iqtisadi tərəqqi dövrü kimi xarakterizə edilir. Hələ 1993-cü ildə Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən Ulu Öndər Heydər Əliyev ölkəmizin iqtisadi əsaslarını formalaşdırdı. Belə ki, otuz il öncə - 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Ulu Öndərin müəyyənləşdirdiyi enerji strategiyasının təməli qoyuldu. Müdrikliklə hazırlanmış bu strategiya ölkəmizin hərtərəfli inkişafında, o cümlədən iqtisadi tərəqqisində müstəsna rol oynadı. Prezident İlham Əliyev Ulu Öndərin enerji strategiyasını müasir dövrün tələblərinə uyğunlaşdıraraq uğurla davam etdirməklə ölkəmizin dayanıqlı tərəqqisinə əsaslı zəmin yaratdı.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi layihələrin icrası Azərbaycanın çoxşaxəli ixrac strategiyasının həyata keçirilməsini təmin etdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə icra edilən bu nəhəng transmilli energetika layihələri ötən illər ərzində Azərbaycanı dünya iqtisadiyyatında mühüm oyunçuya, etibarlı tərəfdaşa çevirməklə yanaşı, ölkəmizə böyük siyasi-iqtisadi dividendlər qazandırdı.

Sonrakı illərdə enerji resurslarından əldə olunan gəlirlərin ölkə iqtisadiyyatının müxtəlif sahələrinə yönləndirilməsi qeyri-neft sektorunun inkişafına əsaslı zəmin yaratdı. Beləliklə, dövlət proqramları və milli fəaliyyət planları, inqilabi islahatlar konsepsiyası, müəyyənləşdirilən strateji yol xəritələri bu müddətdə ölkə iqtisadiyyatının əsaslı inkişafını təmin etdi: Ümumi daxili məhsul 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, qeyri-neft-qaz sektoru üzrə ümumi daxili məhsul 4,1 milyard ABŞ dollarından 41,1 milyard ABŞ dollarına yüksəlib, ixracın həcmi 2,2 milyard ABŞ dollarından 38,1 milyard ABŞ dollarına çatıb, qeyri-neft ixracı 0,26 milyard ABŞ dollarından 3,05 milyard ABŞ dollarına yüksəlib.

Həyata keçirilən genişmiqyaslı və innovasiya yönümlü islahatlar proqramı iqtisadiyyatın əsas sahələrindən olan kənd təsərrüfatının inkişafına təkan verdi. Bu sahənin müasir standartlar səviyyəsində yenidən qurulması, onun maddi-texniki bazasının yenilənməsi və genişləndirilməsi üçün bu gün də ardıcıl addımlar atılır. Ölkəmizdə aqrar sektorun dinamik inkişafı, ərzaq təhlükəsizliyi təmin edilir.

Həmçinin ölkəmiz nəqliyyat, rəqəmsallaşma, informasiya və kommunikasiya texnologiyaları sahələrində mühüm nailiyyətlərə imza atıb. Bu istiqamətlərdə yeni infrastrukturun yaradılması, qabaqcıl texnologiyaların tətbiqi və modernizasiyası üzrə önəmli layihələr icra edilib.

Ötən 21 il ərzində həyata keçirilən genişmiqyaslı islahatlar, dövlət proqramları, layihələr ölkə iqtisadiyyatının dinamik inkişafına, iqtisadi diplomatiyanın imkanlarından məharətlə istifadə edilməsinə əsaslı zəmin yaradıb. Bu gün Azərbaycan iqtisadiyyatı regionun ən rəqabətqabiliyyətli iqtisadiyyatına çevrilib, investisiya mühiti baxımından qabaqcıl sıralara yüksəlib, ölkəmiz regional iqtisadi inkişafın aparıcı qüvvəsi, Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini gücləndirib. Azərbaycan hazırda iqtisadi rəqabətqabiliyyətliliyinə görə nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında yüksək pillələrdə qərarlaşıb, dünyanın ən islahatçı ölkələri sırasında yer alıb.

Müdrik Liderin Qələbə strategiyası

Mübaliğəsiz deyə bilərik ki, 2020-ci il sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən, Azərbaycanın parlaq Zəfəri ilə nəticələnən Vətən müharibəsi, eləcə də 2023-cü ilin sentyabrında həyata keçirilən və ölkəmizdə separatizmin kökünü kəsən antiterror əməliyyatları Azərbaycan tarixinin ən şanlı səhifələridir.

Prezident İlham Əliyevin illər boyu böyük uzaqgörənlik, müdrikliklə yürütdüyü yorulmaz mübarizə, zamanın tələbinə uyğun verilən düşünülmüş qərarlar, diplomatik gedişlər Qələbə strategiyasının uğurla həyata keçirilməsini təmin etdi.

Ölkəmizin beynəlxalq miqyasda qazandığı uğurlar, sosial və iqtisadi sahədə görülən misilsiz işlər, əldə olunan nailiyyətlər Azərbaycanı regionun lider dövlətinə çevirdi. Prezident İlham Əliyev hər zaman çıxışlarında, müsahibələrində, xalqa müraciətlərində günümüzün reallıqlarından danışaraq güc amilinin daha da önəm qazanmasına vurğu edir, “daha güclü olmalıyıq” mesajını verirdi. Bütün digər sahələrlə yanaşı, ordu quruculuğu prosesi dövlətin fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdi. Bu sahədə həyata keçirilən ardıcıl islahatlar, planlı şəkildə görülən işlər Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ordunun maddi-texniki təchizatı yeniləndi, müasir infrastruktur yaradıldı, peşəkar kadr potensialı formalaşdırıldı. Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması təmin olundu ki, bu gün həmin müəssisələrdə mindən çox hərbi təyinatlı məhsul istehsal edilir.

Dünya tarixinə nəzər yetirsək, yalnız dövlətin qüdrəti, hərbi güc, qoşunların sayı və bu kimi digər amillərin müharibələrin gedişində bəzən həlledici olmadığını görərik. Bunlar olduqca zəruri amillər olsa da, cəmiyyətin milli-mənəvi birliyi, həmrəyliyi olmadan uğur qazanmaq çətin ola bilərdi. Ölkəmizin hərtərəfli inkişafı istiqamətində atılan addımların, həyata keçirilən sosial-iqtisadi proqramların uğurlu nəticələri, beynəlxalq miqyasda qazanılan diplomatik qələbələr bu illər ərzində müdrik və qədirbilən xalqımızı öz Liderinin ətrafında daha da sıx birləşdirdi. Digər tərəfdən, həyata keçirilən dövlət gənclər siyasəti Vətənə bağlı, yüksək milli-mənəvi dəyərlərə sadiq, fiziki hazırlıqlı, intellektual gənc nəslin formalaşmasını təmin etdi.

Müdrik Sərkərdə Prezident İlham Əliyev xalqımızı, illər ərzində qazanılmış gücü vahid amal ətrafında sıx birləşdirərək, tarixi Zəfərə nail oldu. Ordu 44 gün ərzində düşməni döyüş meydanında məhv etdi, şəhər və kəndlərimizi işğalçılardan azad etdi.

Müharibə dövründə bir neçə cəbhədə uğurla Vətənin keşiyində duran Prezident İlham Əliyev ölkəmizə qarşı bütün təzyiqləri qətiyyətlə dəf edərək, xalqının maraqlarını müdafiə etdi, 30-a yaxın xarici KİV nümayəndəsinə verdiyi müsahibələrdə haqq savaşımız barədə həqiqətləri, ədalətli mövqeyimizi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Ölkə başçısının xalqa müraciətləri, sosial media üzərindən edilən paylaşımları isə əhaliyə ən doğru məlumatları birinci mənbədən əldə etmək imkanı yaratdı. Üçtərəfli Bəyanat əsasında Ermənistan təslim oldu, Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan Azərbaycana təhvil verildi. Bu bəyanat əsasında Ermənistan Qarabağda yerləşdirilən hərbi birləşmələrini çıxarmalı idi. Lakin onlar müxtəlif bəhanələrlə bundan yayınır, əksinə silahlanır və bir sıra təxribatlar törədirdilər. 2023-cü ilin sentyabrında cəmi bir gün ərzində həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edildi, ölkəmizdə separatizmin kökü kəsildi.

2023-cü il oktyabrın 15-də - möhtəşəm Prezidentlik fəaliyyətinin 20-ci ilinin tamamında Xankəndidə Üçrəngli Bayrağımızı ucaldan Müzəffər Lider bununla xalqın 30 ildən çox davam edən ən ağrılı probleminə son qoydu. Bu, həm də Prezident İlham Əliyevin Qələbə strategiyasının təntənəsi idi.

İnkişafın yeni mərhələsi

Prezident İlham Əliyev ötən illər ərzində praqmatik və müdrik yanaşma əsasında güclü Azərbaycan qurdu. Ölkə başçısının qətiyyətli Liderliyi sayəsində Azərbaycanda uzunmüddətli inkişaf və sabitlik təmin edildi, ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olundu. Mübaliğəsiz demək olar ki, bugünkü Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır.

Bu il fevralın 7-də qədirbilən xalqımız Azərbaycanın dövlətçilik tarixində növbəti dəfə öz müdrik qərarını verdi. Sarsılmaz birlik və həmrəylik nümayiş etdirən xalqımız Zəfər səsverməsinə böyük ruh yüksəkliyi ilə qatılaraq, tarixi seçimini etdi. Xalqımız tərəqqiyə, sabitliyə, əmin-amanlığa səs verərək inkişafının yeni mərhələsində də Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə tarixi nailiyyətlərə imza atacağına əminliyini ifadə etdi. Xalqın sarsılmaz inamı və güclü dəstəyi, Prezident İlham Əliyevin dəmir iradəyə malik qətiyyətli və müdrik liderliyi göstərir ki, yeni dövrün Azərbaycanı daha müasir, daha nüfuzlu və daha qüdrətli olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

FHN: Xırdalandakı yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

Sankt-Peterburqda dron hücumundan sonra baş verən yanğınlar söndürülür

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı