DƏNİZDƏ PLATFORMALAR TƏMİR EDİLİR
Yenidənqurma və təmir işləri 1983-cü ildə inşa edilmiş 2 nömrəli platformada da uğurla həyata keçirilir. Bu gün həmin platformada 12 quyu fəaliyyət göstərir. Hər iki obyektin dekabr aylarında dövlət komissiyasına təhvil verilməsi nəzərdə tutulmuşdur.
“Azneft” İB-nin platformaların və hidrotexniki qurğuların tikintisi şöbəsinin rəisi Məsləhət Yunusov bildirmişdir ki, ARDNŞ-in və “Azneft” İB-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş proqrama əsasən, “Günəşli” yatağında hər il iki platformanın əsaslı təmiri həyata keçirilməlidir. 2005-ci ildə 6 və 9 nömrəli dəniz stasionar platformaları təmir edilmişdir. Gələn il 5 və 10 nömrəli platformaların təmiri nəzərdə tutulmuşdur. Təmir işləri dünya standartlarına uyğun aparılır. Bunun üçün lazımi maliyyə vəsaiti ayrılmış, inşaatçılar bütün materiallarla təmin edilmişlər.