Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Dil millətin ruhunu yaşadan gücdür

Deputat: Dil millətin ruhunu yaşadan gücdür

Bakı, 1 avqust, AZƏRTAC

Azərbaycan dili yalnız bir ünsiyyət vasitəsi deyil, bu, xalqın ruhunu, yaddaşını, tarixini və mənəviyyatını yaşadan müqəddəs varlıqdır. Bu dil min illərin o tayından süzülüb gələn sözlər xəzinəsidir. Elə bir xəzinə ki, içində həm Dədə Qorqudun hikməti, həm də Nizaminin hikmət dolu beytləri pıçıldayır. Azərbaycan dili xalqın yaddaş kitabıdır, sözlə yazılmamış tarix, könüllərdə toxunmuş dastandır. Hər hecasında min illərin izləri, hər ifadəsində bir millətin keçdiyi yollar yaşayır. Bu dil sazın simində dillənib, muğamın səsində səsə dönüb, ana laylasında ümidə çevrilib, ağıya dönəndə sinə dağlayıb, nəğməyə çevriləndə sevinci dilləndirib. Əgər bir millət yaşamaq istəyirsə, onun dili yaşamalıdır. Əgər bir xalq tarixdə iz qoymaq istəyirsə, onun dili sabaha daşınmalıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.

O bildirib ki, bizim dilimiz də millətimizin yaddaşının ən dərin qatlarından boy verib, xalqla birgə yoğurulub, zamanın çətinliklərini adlayaraq bu günə çatıb: “XX əsrin əvvəllərində milli oyanışla bərabər, dil uğrunda mübarizə də başlanıb, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan dili dövlət dili elan olunub. Lakin sovet dövründə bu hüquq yenidən formal bir hala çevrilib. 1960–1970-ci illər Azərbaycanın ictimai-siyasi həyatında yeni mərhələnin başlandığı, milli dəyərlərin qorunması və milli özünüdərkin möhkəmləndirilməsi baxımından taleyüklü illər idi. Bu dövrdə Azərbaycan dili məsələsi də təkcə mədəni deyil, eyni zamanda, siyasi bir məsələyə çevrilmişdi. Sovet İttifaqı ideologiyası çərçivəsində rus dili “ümumi ünsiyyət dili” kimi ön plana çəkilir, SSRİ-yə daxil olan respublikaların yerli dilləri isə yavaş-yavaş ictimai həyatın kənarına sıxışdırılırdı. Məktəblərdə, universitetlərdə, idarə və müəssisələrdə rus dili üstünlük qazanır, milli dillər getdikcə sadəcə ailə içində və məhdud mədəniyyət dairələrində istifadə edilən "yerli ünsiyyət vasitəsinə" çevrilirdi. Məhz belə bir dövrdə Ulu Öndər Heydər Əliyev siyasi iradəsi, uzaqgörənliyi və qətiyyəti ilə bu prosesə qarşı çıxdı. Ümummilli Liderin təşəbbüsü ilə 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi qeyd olundu. Bu, sıradan bir hüquqi dəyişiklik deyildi. Bu, milli kimliyin qorunması uğrunda atılmış çox mühüm və cəsarətli addım idi. Sovet quruluşunda milli dillərin konstitusion status alması, xüsusilə də dövlət dili kimi tanınması son dərəcə nadir və riskli bir qərar sayılırdı. Çünki bu, mərkəzi ideologiyanın ruslaşdırma siyasətinə zidd idi. Lakin Ümummilli Lider Heydər Əliyev bu qərarı verərkən milli maraqları hər şeydən üstün tutdu. O, xalqının dilini, kimliyini və gələcəyini qorumaq üçün ideoloji baryerləri aşmağa cəhd etdi və bunu bacardı. Bu hadisə yalnız hüquqi deyil, mənəvi baxımdan da böyük bir dönüş nöqtəsi idi. Konstitusiyada Azərbaycan dilinə yer verilməsi xalqın öz dilinə olan inamını artırdı, milli qüruru oyatdı, gənc nəslin doğma dilinə sevgisini möhkəmləndirdi. Artıq insanlar anladılar ki, bu dil yalnız ailədə deyil, tribunada, parlamentdə, elm və siyasət dünyasında da yaşamalı və danışılmalıdır”.

Azər Allahverənov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin bu addımı Azərbaycan tarixində milli-mədəni dirçəlişin təməl sütunlarından biri kimi dəyərləndirilir: “Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və qorunmasında əvəzsiz rol oynayıb. Ulu Öndər dilin dövlət səviyyəsində tətbiqi, məktəblərdə, elm və mədəniyyət ocaqlarında geniş yayılması üçün fundamental tədbirlər həyata keçirib. 1995-ci ildə qəbul edilən Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Bu, yalnız hüquqi bir addım deyil, milli ruhun bərpası idi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə dilin zənginliyi və tarixi dəyərləri tədqiq olunmağa başlandı, dilçilik elmi inkişaf etdi. Ulu Öndər deyirdi: "Hər bir xalqın milli varlığının əsas əlaməti onun dilidir. Dilini itirən xalq, milli varlığını da itirər. 2001-ci il avqustun 1-i Azərbaycan xalqının milli yaddaşına, dil və mədəniyyət tarixinə əbədi həkk olunmuş günlərdən biridir. Həmin gün Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanan fərmanla Azərbaycanda latın qrafikalı əlifbanın tətbiqi rəsmiləşdirildi. Bu tarixi qərarla təkcə texniki bir yazı sistemi dəyişmirdi. Bu, bir millətin kimliyinə, mənəviyyatına, mədəniyyətinə və tarixi mirasına qayıdışı idi”.

Deputat diqqətə çatdırıb ki, latın qrafikasının qəbulu, əslində, çoxdan başlanan bir yolun son, lakin ən mühüm mərhələsi idi. Azərbaycan xalqı XX əsrdə üç müxtəlif əlifba dəyişməsini yaşadı: əvvəlcə ərəb, sonra latın, daha sonra isə kiril qrafikası ilə yazmağa məcbur edildi. Hər bir dəyişiklik sadəcə hərfin və səsin yox, eyni zamanda, düşüncə tərzinin, mədəni yönümün və siyasi məxsusiyyətin dəyişməsi demək idi: “Ulu Öndər Heydər Əliyev bu tarixi addımı atmaqla, həm siyasi müstəqilliyin, həm də mədəni müstəqilliyin təməlini möhkəmləndirdi. Ümummilli Lider başa düşürdü ki, müstəqil dövlət yalnız öz iqtisadiyyatı ilə yox, dili, əlifbası, yazı sistemi ilə də tanınmalıdır. Latın əlifbasına keçid Azərbaycan xalqının türk mənşəli yazı ənənəsinə uyğunluğunu bərpa etdi, digər türk xalqları ilə ortaq dil-mədəni mühitini genişləndirdi. Bu qərarla Azərbaycan həm keçmişlə bağlarını bərpa etdi, həm də gələcəyə daha sağlam və müasir platformadan baxmağa başladı. Yeni nəslin müasir texnologiyalara inteqrasiya prosesində əlifba da artıq maneə deyil, vasitə və fürsətə çevrildi. Kompüter texnologiyasında latın əlifbasının üstünlüyü, beynəlxalq kommunikasiya imkanları da nəzərə alındıqda, bu addım həm ideoloji, həm texnoloji baxımdan mühüm dönüş oldu. Buna görə də avqustun 1-i təsadüfi gün deyil. Bu tarix Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi rəsmi şəkildə təsbit edildi və hər il bu gün dilimizin, kimliyimizin, milli şüurumuzun bayramı olaraq qeyd olunur”.

Azər Allahverənov, həmçinin bildirib ki, Prezident İlham Əliyev də Ulu Öndərin bu sahədəki siyasətini uğurla davam etdirir. “Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan dilinin beynəlxalq aləmdə tanınması, diaspor təşkilatlarında dil kurslarının açılması, rəqəmsal texnologiyalarda Azərbaycan dilinin tətbiqi, lüğət və dil portalının yaradılması, tərcümə mərkəzlərinin fəaliyyəti ilə dilimizin yeni dövrə uyğun şəkildə inkişafı təmin olunur. 2021-ci ildə imzalanan “Azərbaycan dilinin saflığının qorunması və düzgün tətbiqinin təmin edilməsi haqqında” Sərəncam bu sahədə mühüm mərhələ oldu. Dilimiz bugünkü texnoloji çağırışlara cavab verəcək səviyyəyə çatdırılır, nitq mədəniyyəti təbliğ olunur. Azərbaycan dili bizim keçmişimizin yaddaşı, bu günümüzün nəfəsi, sabahımızın yol göstəricisidir. Bu dili qorumaq hər bir azərbaycanlının mənəvi borcu, milli kimliyinə sədaqət andıdır. Dilimiz yaşadıqca biz də yaşayırıq, susmadıqca tariximiz danışır, danışdıqca Vətən var olur”, - deyə deputat vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır