Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Hərbi təxribatlar Ermənistan rəhbərliyinin ikiüzlü siyasət yeritdiyini bir daha sübuta yetirdi

Deputat: Hərbi təxribatlar Ermənistan rəhbərliyinin ikiüzlü siyasət yeritdiyini bir daha sübuta yetirdi

Bakı, 15 sentyabr, AZƏRTAC

Sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan Ermənistan təmas xəttində ermənilər tərəfindən törədilən hərbi təxribat bir daha Ermənistan rəhbərliyinin ikiüzlü, riyakar siyasət yeritdiyini sübuta yetirdi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Deputat diqqətə çatdırıb ki, Azərbaycan 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyannamənin bütün bəndlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ermənistan isə iki il vaxt keçməsinə baxmayaraq, hər dəfə müxtəlif bəhanələrlə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Ermənistan rəhbərliyinin bu hərəkətləri 10 noyabr Bəyannaməsindən imtina etməsi anlamına gəlir. Kapitulyasiya aktına imza atan Ermənistanın baş naziri imdad üçün Avropa İttifaqına üz tutdu.

Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən və müdrik xarici siyasəti nəticəsində Avropanın siyasi səhnəsində də Paşinyanın ağır məğlubiyyətə uğradığını qeyd edən deputat. Avropa Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan üçtərəfli görüşlərdə də Azərbaycanın milli maraqları nəzərə alınaraq Avropa İttifaqının rəsmisi tərəfindən bəyanatlar səsləndirildi. Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü münasibətlərin nizamlanmasına dair 5 bənddən ibarət təklifini qəbul etdiyini bildirdi və sülh sazişinin imzalanması istiqamətində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşməsi və sülh sazişinin hazırlıq işlərinə başlamaları üçün öz razılığını bildirmişdi. Ermənistan rəhbərliyi üzdə bu razılaşmanı qəbul etsə də, yerinə yetirmədi. Bu gün Ermənistan müstəqil bir dövlət deyil və Ermənistana rəhbərlik edən şəxslər müstəqil siyasət yeritmək qabiliyyətində deyillər. Baş naziri Nikol Paşinyan Ermənistandan kənarda və ölkənin daxilindəki revanşist qüvvələrin fikirləri ilə hərəkət edir.

"Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyinə və ermənilərin xaricdəki havadarlarına xəbərdarlıq etmişdir ki, əgər Azərbaycana qarşı nəinki silahlı təxribat, hətta təxribat xarakterli bəyanatlar versələr belə, nəticəsi çox ağır olacaq.

Ermənilərin törətdikləri son hərbi təxribatın qarşısını Azərbaycan Ordusu aldı və düşmənin silahlı qüvvələrinin təmas xəttinə yaxın və daha dərinliklərdəki hərbi texnikalarını və xeyli sayda canlı qüvvələrini məhv etdi. Həyata keçirilmiş uğurlu əks hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu təxminən 100 kvadratkilometrlik ərazini və hakim yüksəklikləri ələ keçirdi. Bu gün Ermənistan rəhbərliyi bütün dünyaya car çəkir ki, guya Azərbaycan Ordusu Ermənistan ərazisinə daxil olub. Əslində Azərbaycan Ordusu Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya olunmamış əraziləri ələ keçirib. Azərbaycanın hüququ var ki, öz ərazisinin təhlükəsizliyini təmin etmək üçün bu ərazilərdə bufer zona yaratsın. Bu gün Azərbaycan Silahlı Qüvvələri Xankəndidən Ermənistana və Qafandan İrəvana gedən bütün yollara nəzarət edir.

Ermənistan rəhbərliyinin bu təxribatlara əl atmasının arxasında bir sıra məkrli niyyətlər dayanır. Ermənistan təxribat törətməklə vaxt uzatmaq və sülh sazişinin imzalanması prosesini pozmağa çalışır. Əslində, ermənilərin bu yolla vaxt uzatmaları onların əleyhinə işləyir və Azərbaycan Ordusu tərəfindən bu təxribatların qarşısı çox sərt şəkildə alınır. Nəticədə yüzlərlə erməni hərbiçisi Azərbaycan Ordusu tərəfindən məhv edilir və milyard dollar xərcləyərək aldıqları hərbi texnikaları, yaratdıqları hərbi infrastrukturlar və hərbi hissələr Azərbaycan Silahlı Qüvvələri tərəfindən darmadağın edilir. Onsuz da dilənçi və rəzil gündə yaşayan Ermənistana bu hərbi hissələri yenidən qurmaq üçün uzun illər lazımdır.

Ermənistanın siyasi rəhbərliyi hələ bir neçə ay bundan əvvəl bu təxribatlara hazırlıq görürdü. Laçın və Kəlbəcər rayonları ilə sərhəddə çoxsaylı hərbi texnika cəmləşdirir, burada yeni hərbi hissələr yaradır və hərbi qulluqçuların sayını artırırdı. Azərbaycan tərəfi ermənilərin təxribata əl atacağını əvvəldən bilirdi. Çünki 2020-ci ilin iyulunda baş vermiş Tovuz hadisələri ilə budəfəki təxribatlar eynilik təşkil edirdi. Tovuz istiqamətində ermənilərin hərbi texnika cəmləşdirməsi və müharibəyə hazırlaşmaları barədə Azərbaycan Prezidenti İlham Əliyev bütün beynəlxalq təşkilatlara müraciət etmişdir. Lakin beynəlxalq təşkilatlar Ermənistana heç bir təsir göstərmədilər", - deyə K.Əliyeva bildirib.

Deputat vurğulayıb ki, 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan dövlətinə qarşı törətdiyi irimiqyaslı hərbi təxribatlar zamanı şəhid generalımız Polad Həşimov başda olmaqla Azərbaycan oğulları ermənilərə qəhrəmanlıq, mərdlik dərsi verdilər. Tovuz hadisələri zamanı ermənilərin əsas məqsədi beynəlxalq təşkilatları və ölkələri bu münaqişəyə cəlb etmək, Qarabağ və Şərqi Zəngəzur torpaqlarını işğalda saxlamaq idi. Lakin onların bu arzusu da puç oldu. Azərbaycanın apardığı mübarizə haqq işi idi və beynəlxalq hüququn prinsiplərinə söykənirdi.

Bu il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan hərbçilərinin Azərbaycanın Laçın, Kəlbəcər, Daşkəsən və Zəngilan rayonları ilə sərhəddə törətdikləri təxribatın qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən daha sərt və tutarlı həmlə ilə alındı. Artıq Azərbaycan öz torpaqlarını işğaldan azad edib.

“Azərbaycan Ordusu Ermənistan ərazisində yerləşən və Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə təhdid törədən, hərbçilərimizin və mülki vətəndaşlarımızın həyatına təhlükə yaradan bütün hərbi infrastrukturu məhv etdi.

Bu gün Ermənistan təəssüf ki, Azərbaycan dövlətinin gücünü və qüdrətini qiymətləndirə bilmir. Ermənilər başa düşməlidilər ki, Azərbaycan kimi istər siyasi, istər iqtisadi, istərsə də hərbi cəhətdən güclü, eyni zamanda, artıq dünyada söz sahibinə çevrilən bir ölkə ilə zor dili ilə danışa bilməz. Azərbaycanın nə qədər güclü bir dövlət olduğunu 2016-cı ilin aprelində, 2020-ci ilin iyulunda və 2020-ci ilin 27 sentyabrından 10 noyabrına qədər davam edən Vətən müharibəsində ermənilər başa düşməli idilər. Təəssüflər olsun ki, Ermənistan bu gün reallığı qəbul edə bilmir və hər dəfə dəmir yumruq başlarına enəndə bütün dünyaya yalvarmağa başlayırlar. Sonuncu döyüşdə də Azərbaycan Ordusu şəhidlər verdi. İgid oğullarımız yenə də erməniləri hərb meydanında diz çökdürdü. Yeddi saatlıq döyüşlərdə Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini və hərbi texnikalarını yerlə yeksan etdi. İlkin məlumatlara görə ermənilər tərəfindən ölənlərin sayı ən azı 150-200 nəfərdir. Bu hərbi qələbəmizlə Silahlı Qüvvələrimiz bir daha bütün dünyaya bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünə təhlükə yaranarsa və Azərbaycan əsgəri qətlə yetirilərsə, bunun cavabı çox ağır olacaq”, - deyə K.Əliyeva vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Abituriyent” jurnalının 4-cü nömrəsi nəşr olunub

Rəssamlıq Akademiyasında tələbələrin yaradıcılıq işlərinin kommersiyalaşdırılması üzrə iş aparılır

ANAMA: Ötən həftə 1581 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib

Fərid Hüseyn: Xurşidbanu Natəvanın irsi Azərbaycan mədəniyyətində xüsusi yer tutur

La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib

Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb

Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər

“Neftçi”nin hücumçusu “Araz-Naxçıvan”a keçib

Yerli icra hakimiyyəti orqanlarının nümayəndələri “e-monitorinq”dəki yeni modulun imkanları barədə məlumatlandırılıb

M.B.Əhmədzadənin Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasının sponsoru bəlli olub

V.İ.Sadıqovun Azərbaycan Respublikasının Belçika Krallığında, eyni zamanda Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Premyer Liqa: “Sumqayıt”-“Neftçi” matçının stadionu dəyişdirilib

F.E.İsgəndərovun Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.B.Əhmədzadənin Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

F.E.İsgəndərovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında, eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.A.Qurbanovanın Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

BMU tələbələri Böyük Britaniyada keçirilən beynəlxalq innovasiya yarışmasında birincilik qazanıblar

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 454-VIIQD nömrəli Qanununun tətbiqi və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Subbakalavrlar üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub

Azərbaycanda dini təhsildə yeni mərhələ: ixtisaslar və elmi imkanlar genişlənir

Yüksək balla AzTU-ya qəbul olunanlar üçün xüsusi təqaüd imkanı

İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?

Yeni təmayül tədris modeli üzrə müəllimlərin müsahibələri davam edir

Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib

Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 20 milyon manatdan çoxu geri qaytarılıb

Azərbaycan nümayəndə heyəti Ankarada Türk Dünyası Festivalında iştirak edib

Sığortaçılar Assosiasiyasının icraçı direktorunun adına saxta hesab yaradılıb, yanlış məlumatlar paylaşılır

Üç təşkilat FIFA və Canni İnfantinoya qarşı birgə bəyanat yayıb

Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva

Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır

“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir

Vaşinqton razılaşması Azərbaycanın regionda yaratdığı yeni siyasi və iqtisadi reallıqları əks etdirdi - ŞƏRH

Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb

“Barselona” Levandovskini klubun əfsanələri siyahısına daxil edib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Qəbələdə 10 ildə 1,5 milyondan çox müraciət “ASAN”laşdırılıb

Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq

Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirə qatılacaqlar

Balakəndə baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb VİDEO

Balakəndə baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb VİDEO

Azərbaycan və İndoneziya birgə iqtisadi forum keçirə bilər

Dövlət qurumlarının informasiya resurslarında aşkarlanan təhlükəsizlik boşluqları 50 faizədək azalıb

Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub

Yeddi ayda istehlakçılara büdcədən 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Səkkiz avqust razılaşmalarının ildönümündə liderlərin müzakirəsi: Azərbaycan-ABŞ əməkdaşlığında yeni faza - TƏHLİL

Azərbaycan Rəssamlıq Akademiyası tələbələrin beynəlxalq sənət platformalarına çıxışını genişləndirir

Benksinin üç əsəri Britaniya vergi ödəyicilərinə təxminən 150 min funta başa gəlib

BMT Konvensiyasının 20 illiyinə həsr olunmuş maarifləndirici broşür hazırlanıb

Su Ehtiyatları Agentliyinin süni intellektəsaslı rəqəmsal siması Aysu təqdim olunub

Bu saata olan əsas xəbərlər

Nijnekamsk şəhərində ölənlərin sayı 12 nəfərə çatıb – YENİLƏNİB

Ergün Kırlıkovalı: Taleb Vardanyan məsələsində “kor nöqtələr”in qurbanına çevrilib MÜSAHİBƏ

Faktiki hava: Bəzi rayonlara leysan yağır

İlin əvvəlindən dövlət qurumlarına qarşı 518 kiberhücum indikatoru müəyyən edilib

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 15 faizədək artıb

Mbappe “Real Madrid”ə gələn həftə qoşulacaq

Yeddi ayda Azərbaycanda dövlət qurumlarına 28 yeni domen verilib

® “AccessBank” kiçik bizneslərin maliyyələşdirilməsinin genişləndirilməsi məqsədilə FMO-dan 75 milyon dollar məbləğində kredit xətti cəlb edib

Çində təhsil alacaq BDU məzunu: Bu təqaüd mənim üçün sadəcə təhsil imkanı deyil

Dünya ictimaiyyəti avqustun 10-da üç beynəlxalq günü qeyd edir

Qivami Rəhimli: Azərbaycanın mədəni irsini dünyaya tanıdan uğurlu əməkdaşlıq

Lisenziyasız kosmetoloji fəaliyyət göstərən şəxs barəsində qanuni tədbirlər görülüb

Altı ayda 1,2 milyondan çox vətəndaş “mygov” vasitəsilə ailə üzvlərini axtarıb

“İsmayıllı-2” kiçik su elektrik stansiyasında indiyədək istehsal olunan enerjinin həcmi açıqlanıb

Pakistanlı ekspert: Vaşinqton prosesi Azərbaycan üçün yeni strateji imkanlar açır

Mərakeş millisinin futbolçusu “Fənərbağça”ya qayıdıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

BSU müəllimlik ixtisasını seçən oğlan abituriyentlərə təqaüd verəcək

Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası

Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə İran Prezidentinə təşəkkür edib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

ƏMAS-da gecə vaxtı yerinə yetirilən işlərlə bağlı yeni xəbərdarlıq funksionallığı yaradılıb

Qərbi Avropada iyun və iyul ayları rekord istilərlə yadda qalıb

® “Avant Bakıxanov”da yeni premium layihəyə start verildi: “Green by Avant”da 10 faiz ilkin ödənişlə ipoteka imkanı  FOTO  VİDEO

® “Avant Bakıxanov”da yeni premium layihəyə start verildi: “Green by Avant”da 10 faiz ilkin ödənişlə ipoteka imkanı FOTO VİDEO

Bakıda mikromobillik vasitələri 6,9 milyon dəfədən çox sifariş olunub

Azərbaycanın 2 boksçusu Qazaxıstanda qızıl medal qazanıb

Maldiv adalarında gənclərin ekoloji hərəkatı geniş vüsət alır

“Trabzonspor” heyətinə daha bir ulduz futbolçu qatır

Yüksək nəticə göstərən 300 tələbəyə “Gələcəyin müəllimi” təqaüdü veriləcək

BMU magistrantı Çində minillik freskaların süni intellektlə bərpasını araşdırıb

Tağlar mağarasında arxeoloji tədqiqatların üçüncü mövsümü başlanıb

® “Ziraat Bank Azərbaycan” 15 milyon manat həcmində istiqraz emissiyasını təqdim edir!

Azərbaycan komandası Qazaxıstanda gənc yol hərəkəti müfəttişlərinin toplantısında iştirak edəcək

Bakıda axşam konsertləri keçirilir VİDEO

Bakıda axşam konsertləri keçirilir VİDEO

BDYPİ: Velosiped sürərkən mobil telefondan istifadə etmək yolverilməzdir

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Azərbaycanın bir neçə bölgəsinə elektrik enerjisinin verilişi dayandırılacaq

Bakıda sıxlıq olan yollar açıqlanıb

Çin “Delfin” qasırğası ilə əlaqədar bir milyondan çox insanı təxliyə edib

Yəmən ordusu: Husilərin hücumu nəticəsində 7 nəfər ölüb

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib