Azərbaycan Dövlət İnformasiya Agentliyi

DEPUTATLARIMIZ AŞPA QARŞISINA YENİ MƏSƏLƏLƏR QOYURLAR

Avropa Şurası Parlament Assambleyasının iyunun 24-də keçirilmiş sessiyasında “Avropada mədəni əməkdaşlıq və assambleyanın gələcək vəzifələri” məsələsinin müzakirəsi aktual problemi əhatə etdiyindən, bu mövzu ətrafında 20-dən artıq deputat çıxış etmişdir. Azərbaycan nümayəndə heyətinin üzvlərindən Gültəkin Hacıyeva və Rəfael Hüseynov müzakirədə fəallıq göstərmişlər. G.Hacıyeva bu məsələdə respublikamızın mövqeyini açıqlayaraq demişdir ki, işğal altında olan ərazilərimizdə xeyli mədəniyyət abidələri, kitabxana və müəssisələr ermənilər tərəfindən dağıdıldığı, Ermənistanın həmin əraziləri azad etmədiyi halda hansı mədəni inkişafdan danışmaq olar? Rəfael Hüseynov isə vurğulamışdır ki, assambleya mədəniyyətin birləşdirici, yaxınlaşdırıcı gücünü daha da artırmaq istiqamətində çox iş görə bilər. Lakin bunun üçün ən əvvəl, heç olmasa, Avropa Şurası tərkibində bir mədəniyyətə qarşı digər ölkə tərəfindən yönəldilmiş dağıdıcı, məhvedici təmayüllərin qarşısı alınmalıdır. 

Ötən il Azərbaycan nümayəndə heyəti tövsiyə üçün bir sənəd hazırlamışdı. “İşğal altındakı ərazilərdə Azərbaycan mədəniyyət abidələrinin dağıdılması və qəsb edilməsi” adlı həmin sənədə əsasən elm, təhsil və mədəniyyət komissiyasında müzakirələr getmiş, məruzəçi təyin olunmuşdu. Amma bir qədər sonra məruzənin istiqaməti bir qədər dəyişdirilmiş və məsələ “Azərbaycan, Gürcüstan və Ermənistanda mədəniyyətin vəziyyəti” şəklində qoyulmuşdu. Lakin daha sonra mövzu yenə dəyişdirilərək üç Qafqaz respublikasındakı mədəniyyətlərin əlaqəsi şəklində ortalığa çıxarılmışdı. Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etmiş və bu işğalın ən ağır zərbələrindən biri məhz Azərbaycan mədəniyyətinə dəymişdir. Avropada mədəniyyətlərin yaxınlaşması, mədəni əməkdaşlığın inkişafı məsələsi müzakirəyə çıxarılmazdan əvvəl, AŞPA bu təcavüzün aradan qaldırılması istiqamətində ciddi səylər göstərməlidir. Mədəniyyətilərin bir-birinə hörmətini, rəğbətini, ünsiyyətini təmin etmək üçün ən əvvəl bir mədəniyyətin digərinə təcavüzünü neytrallaşdırmaq lazımdır. Assambleya öz bayrağı altında topladığı dövlətlərin mədəniyyətləri arasında bir-birini dərindən tanıma, maarifçilik istiqamətində dialoqun gücləndirilməsi sahəsində geniş iş aparmalıdır.

X X X

AŞPA-nın yeni sədrinin qoyduğu qaydaya əsasən, hər hansı sənəd cap olunmazdan əvvəl təşkilatın sənədləşdirmə ofisinə təqdim olunmalıdır. İki həftə ərzində həmin sənəddə qoyulmuş məsələ ciddi araşdırıldıqdan sonra onun çapına icazə verilir.

2001-ci ilin yaz və payız sessiyalarında Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Əliyevin çıxışlarındakı “Ermənistan dövləti işğal etdiyi ərazilərdən terroristlər hazırlamaq üçün istifadə edir, Ermənistan terrorizmi dövlət səviyyəsində həyata keçirən bir dövlətdir” tezisləri əsasında deputat R.Hüseynovun ötən sessiyada hazırladığı tövsiyə üçün qətnamə sənədi bu sessiyada çap olunmuş və deputatlar arasında yayılmışdır. Həmin sənədi oxuculara təqdim edirik.

X X X

“AZƏRBAYCAN RESPUBLİKASININ İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİNDƏ ERMƏNİSTANIN HİMAYƏDARLIQ ETDİYİ TERRORİST TƏŞKİLATLAR ŞƏBƏKƏSİ

Azərbaycan Respublikasının işğal olunmuş və beynəlxalq qanunların işləmədiyi 20 faiz ərazisi, faktiki olaraq, Avropa məkanından təcrid edilmiş və dünya birliyi üçün ciddi təhlükə zonasına çevrilmişdir. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki terrorist təşkilatların maliyyə qaynağını narkobiznes, nüvə layihələri, qanunsuz silah alveri təşkil edir. ABŞ Dövlət Departamentinin 2000-ci il mart hesabatında Dağlıq Qarabağ ərazisində narkotik maddələrin qanunsuz becərilməsi və istehsalı ilə bağlı müddəaların əksini tapması, 2002-ci ilin mayında ABŞ Dövlət Departamentinin qanunsuz nüvə layihələrini gerçəkləşdirən erməni şirkətlərinə qarşı sanksiyaların tətbiqi haqda qərar qəbul etməsi qanundankənar bölgədə bu cinayətkar prosesləri Ermənistan dövlətinin himayəsi altında idarə edən terrorist şəbəkələrə xüsusi diqqət ayırmağı zəruriləşdirir.

İşğal ərazilərinin nəzarətsizliyi ermənilərin “ASALA” və “Haydud” terrorçu təşkilatlarından savayı, onlarla əməkdaşlıq edən bir sıra xarici ölkələrin terrorçu təşkilatlarının da burada təlim-məşq düşərgələri salması və maneəsiz fəaliyyəti üçün münasib imkan yaratmışdır.

İşğal altındakı Kəlbəcərdə Livanın “Qayıdan qəhrəmanlar təşkilatı” (rəhbəri Beyrut ermənisi O.Ter-Qriqoryan), Laçında PKK kürd separatçı təşkilatının xüsusi dəstəsi (C.Şamoyan), “Vartan cəngavərləri” terror təşkilatı (rəhbəri A.Babacanyan), Zəngilanda Livanın “Həmas” qrupunun “Ziyəddin əl-Qissan” hərbi qanadı, Xankəndində Yunanıstanın “Milli dirçəliş təşkilatı” terrorçu qrupu (rəhbəri E.Qalustyan) və s. fəaliyyətdədir.

1970-80-cı illərdə Fransada terror aktları törətmiş məşhur beynəlxalq terrorçular ABŞ vətəndaşı Monte Melkonyana, İran vətəndaşı Vazgen Sisliyana, Suriya vətəndaşı Varujan Qarbijyana və başqa terrorçulara Ermənistan prezidentinin fərmanı ilə rəsmən milli qəhrəman, Qarabağ müharibəsinin qəhrəmanı adlarının verilməsi, onlara dövlət qayğısı göstərilməsi Ermənistan Respublikasının terrorizmə rəsmi dövlət dəstəyi verməsinə əyani sübutdur. Assambleya Azərbaycanın işğal edilmiş ərazilərindəki “qanundankənar” zonanın bütün Avropa üçün təhlükə mənbəyi olduğunu qeyd edərək, üzv dövlətləri problemin həlli üçün səylərini artırmağa çağırır.

Assambleya Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki və ondan kənardakı 7 başqa işğal rayonundakı mövcud vəziyyəti araşdırmaq üçün monitorinq qrupunun yaradılması zəruriliyini təkidlə vurğulayır.

Assambleya Nazirlər Komitəsinə tövsiyə edir ki, beynəlxalq nəzarətin olmamasından istifadə edərək, işğal etdiyi əraziləri terrorist qrup və şəbəkələrin yerləşdirilməsi, narkotiklərin yetişdirilməsi və tranziti, məxfi nüvə layihələrinin icrası üçün istifadə edən Ermənistanın beynəlxalq hüquq normalarına və Avropa Şurası nizamnaməsinə zidd olan fəaliyyətlərini təxirə salmadan dayandırmasından ötrü lazımi tədbirlər görsün”.

X X X

Bu sənədi 9 ölkədən 23 deputat imzalamışdır.

Azərbaycan nümayəndə heyəti ötən sessiyada “Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində nüvə tullantıları və nüvə texnologiyası” adlı sənəd tərtib etmişdir. Nümayəndə heyətimizin qaldırdığı çox vacib məsələ ilə bağlı bu sessiyada məruzəçi təyin olunacaqdır.

X X X

X X X

İyunun 25-də Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri AŞPA siyasi komitəsinin sədri Roman Yakiç və komitənin katibi Barış Perinlə görüşmüşlər.

İcmanın rəhbəri Nizami Bəhmənov AŞPA-nın ən nüfuzlu komitəsindən Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə siyasi qiymət verməsini, ölkəmizi bu məsələdə dəstəkləməyi xahiş etmişdir.

Milli Məclisin deputatı Elman Məmmədov bildirmişdir ki, uydurma “erməni soyqırımını” bir çox ölkə tanıdığı halda, XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı barədə danışmaq, nədənsə, unudulmuşdur. Deputat demişdir: “Faciənin canlı şahidi kimi sizə ətraflı məlumat verərək bildirmək istəyirəm ki, erməni hərbi birləşmələri fevralın 26-da gecə Xocalı şəhərinə hücum etmiş, bir neçə saat ərzində şəhəri tamam dağıtmış, çıxmaq imkanı tapmamış üç min sakinə divan tutmuşdur. 613 nəfər qətlə yetirilmişdir. 106 nəfər qadın, 63 uşaq, 70 ahıl sakin ermənilərin vəhşiliyinə məruz qalmışdı. Təkcə mən ailə üzvlərimdən, yaxın qohum-əqrabamdan 30 nəfərini itirmişəm. 8 ailə tamam məhv edilmiş, bəzi ailələrin yarısı öldürülmüşdür. 25 uşaq hər iki valideynini, 130 uşaq isə onlardan birini itirmişdir.

Ermənilər ələ keçirdikləri sakinlərə olmazın işgəncələrini vermişlər. Onlar həmyerlilərimi diri-diri ağaca bağlayaraq divan tutmuşlar. Ermənilər törətdikləri cinayətin izini itirmək üçün Kosovadakı kimi, cəsədlərin çoxunu xəndəklərə dolduraraq üstünü torpaqla örtmüşlər.

Bu faktları sadalamaqda məqsədim dünya ictimaiyyətinə özlərini “yazıq millət” kimi göstərən ermənilərin Azərbaycan xalqının başına gətirdikləri müsibətləri sizə çatdırmaq və başçılıq etdiyiniz komitənin erməni təcavüzünə, Xocalı faciəsinə siyasi qiymət verməsini xahiş etməkdir. Biz kimsə barəsində ədalətsiz fikir söyləmirik. Təmsil etdiyim xalq sülh, ədalət və demokratiya tərəfdarıdır. Biz Avropa Şurasına inanır və böyük ümid bəsləyirik.

Şuşa rayonu icra hakimiyyəti başçısının Şuşa şəhəri üzrə nümayəndəsi Vaqif Hüseynov xatırlatmışdır ki, vaxtilə informasiya blokadasında olan Azərbaycan ermənilərin təcavüzü, törətdikləri vəhşiliklər barədə dünya xalqlarına əsl həqiqətləri çatdırmaqda çətinlik çəkirdi. Ermənilər isə bundan istifadə edərək, dünya ictimaiyyətinə münaqişə ilə bağlı tamamilə yalan məlumat vermişlər. O, Dağlıq Qarabağda baş vermiş hadisələrin bilavasitə səbəbkarlarından olan Ermənistanın indiki prezidenti Robert Koçaryanın Avropa məhkəməsinə cəlb olunmasını tələb etmiş, Avropa Şurasında, eləcə də siyasi komitədə Ermənistan-Azərbaycan münaqişəsindən tez-tez danışmalarına baxmayaraq, bu günə qədər təcavüzkarın adının çəkilməməsindən təəssüfləndiyini söyləmişdir.

Cənab Roman Yakiç vaxtilə Yuqoslaviyada belə faciəni yaşadığını, günahsız insanların məhvinin şahidi olduğunu bildirmiş, Xocalı faciəsi zamanı əzizlərini itirmiş ailələrə onun başsağlığını yetirməyi xahiş etmiş, Dağlıq Qarabağ problemi ilə bağlı məruzəçinin tezliklə təyin olunacağını vəd etmişdir.

Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov görüşdə iştirak etmişdir.

X X X

X X X

Həmin gün Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı İlham Əliyev və nümayəndə heyətinin üzvləri alman həmkarları ilə işgüzar görüş keçirmişlər.

Görüş zamanı AŞPA-da birgə fəaliyyət barədə fikir mübadiləsi aparılmış, Almaniya-Azərbaycan münasibətləri müzakirə olunmuş, perspektiv planlarla bağlı söhbət getmişdir.

AŞPA-da Azərbaycanın mövqeyini dəstəkləyəcəklərini xüsusi vurğulayan almaniyalı deputatlar iqtisadiyyat komissiyasının bu yaxınlarda keçirdiyi iclasa xüsusi əhəmiyyət verdiklərini söyləmiş və gələcəkdə də belə yığıncaqların keçirilməsində ölkəmizə hərtərəfli kömək göstərmək üçün səylərini əsirgəməyəcəklərini bildirmişlər.

Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Əliyev iki ölkə arasında əlaqələrin inkişafından razı qaldığını bildirmiş, alman deputatların AŞPA-da ölkəmizin mövqeyini dəstəkləməsinin vacibliyini xüsusi vurğulamışdır.

X X X

AŞPA-nın yay sessiyasının ikinci iş günündə “Şərqi və Mərkəzi Avropanın iqtisadi inkişafında Avropa Bankının yenidən qurulması və inkişaf etdirilməsi” məsələsi ilə əlaqədar məruzə dinlənilmişdir. Məruzədə bu yaxınlarda iqtisadiyyat komissiyasının Bakıda keçirilmiş yığıncağının xüsusi əhəmiyyəti qeyd olunmuş, ölkəmizin beynəlxalq maliyyə qurumlarında iştirakı, Avropa Bankı ilə sıx əlaqəsi yüksək qiymətləndirilmişdir.

Milli Məclisin üzvü Səməd Seyidov iştirakçılara Azərbaycanda aparılan iqtisadi islahatlar, iqtisadiyyatın dirçəldilməsi sahəsində dövlətin gördüyü işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir. Onun məlumatı deputatlar tərəfindən maraqla qarşılanmışdır.

X X X

İyun ayının 25-də günün ikinci yarısında Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri İmmiqrasiya, qaçqınlar və demoqrafiya komitəsi sədrinin müavini Zdravka Buşiçlə görüşmüşlər. Görüş zamanı onlar Dağlıq Qarabağın heç bir vaxt Ermənistanın ərazisi olmadığını bildirmiş, ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən, neçə illərdir çadır şəhərciklərində məskunlaşmış qaçqın və məcburi köçkünlərin dözülməz şəraitdə yaşadıqlarından danışmış, Ermənistanda qaçqın olmadığını, Azərbaycandan getmiş ermənilərin Rusiyada və Avropanın bir çox ölkələrində yaşadıqlarını açıqlamışlar.

Komitə sədrinin müavini bir neçə dəfə ölkəmizdə olduğunu, çadır şəhərciklərinə getdiyini bildirmiş, komitə tərəfindən onlara dəstək veriləcəyini vurğulamışdır.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Şuşada Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Forumu işə başlayıb

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib