İtaliyada Natisone çayının daşması nəticəsində üç nəfər itkin düşüb
Roma, 1 iyun, AZƏRTAC
İtaliyanın Friuli Venesiya Giulia regionunda hökm sürən əlverişsiz hava şəraiti bir sıra fəsadlar törədib.
AZƏRTAC xəbər verir ki, aramsız yağan leysan yağışları kiçik çayları məcrasından çıxarıb, sel və daşqınlara səbəb olub. Bəzi evləri su basıb, magistral yollar və küçələr su altında qalıb.
Natisone çayının daşması nəticəsində üç yeniyetmə itkin düşüb. Aparılan axtarış-xilasetmə əməliyyatına helikopterlər, mülki-müdafiə briqadalarının qayıqları və dalğıclar cəlb edilib.
Bölgədə hökm sürən əlverişsiz hava şəraiti axtarış-xilasetmə əməliyyatlarına mane olur.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]