DEPUTATLARIMIZ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDƏCƏKLƏR
Parlamentin regional məsələlər daimi komissiyası sədrinin müavini Şaitdin Əliyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, səfərdən məqsəd “XXI əsrdə sülhün bərqərar olması” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etməkdir. Konfransı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı İsrail parlamenti ilə birgə keçirəcəkdir.
Beynəlxalq konfransda regional münaqişələr, bu cür problemlərin həllində və sülhün bərqərar olunmasında birgə əməkdaşlıq yolları müzakirə ediləcəkdir.
Azərbaycan nümayəndə heyəti Cənubi Qafqazdakı vəziyyət, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, hazırki vəziyyəti və beynəlxalq ictimaiyyətin məsələyə münasibəti, eləcə də QİƏT və digər təşkilatların problemin həllində oynaya biləcəkləri rol barədə konfrans iştirakçılarına ətraflı məlumat verəcək, öz fikirlərini bölüşəcək.
Deputatlarımız ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı faktlarını, tarix, memarlıq və mədəniyyət abidələrimizi dağıtmalarını təsdiq edən materialları da iştirakçılara təqdim edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [20:00]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:53]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [19:39]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [19:34]
“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə
- 30.09.2026 [19:05]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [19:04]