“Dəyişilməz xislət” adlı səyyar sərgi təşkil olunub
Bakı, 31 mart, AZƏRTAC
Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar İstiqlal Muzeyi tərəfindən M.Ə.Sabir adına şəhər kütləvi kitabxanasında “Dəyişilməz xislət” adlı səyyar sərgi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, sərgidə muzeyin fondlarında qorunub saxlanılan, mart soyqırımı hadisələrini əks etdirən müxtəlif fotoşəkillər nümayiş edilib.
Fotosərgiyə baxış zamanı muzeyin əməkdaşı tərəfindən izləyicilərə ətraflı məlumat verilib.