İQTİSADİYYAT
DGK: Xeyli miqdarda dərman vasitələrinin ölkəyə gətirilməsi üçün müvafiq sənəd təqdim olunmalıdır
![](/files/galleryphoto/2023/1/1200x630/1681306991431829920_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16813069913171045403_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16813069914183836924_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16813069914318963575_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/1681306991519998190_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16813069915082650864_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16813069913953555612_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/168130699152750239_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16813069914023957220_1200x630.jpg)
Bakı, 12 aprel, AZƏRTAC
Gömrük orqanları tərəfindən bir sıra hallarda xeyli miqdar və növdə dərman vasitələrinin vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi zamanı miqdar və növ çoxluğuna görə səhiyyə orqanlarının müvafiq sənədinin təqdim olunması tələb edilir.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bəzi hallarda vətəndaşlar şəxsi istifadədən artıq miqdarda dərman vasitələrini ölkə ərazisinə gətirməyə çalışırlar.
DGK vətəndaşların diqqətinə çatdırır ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.4-cü bəndinə əsasən Azərbaycan Respublikasına gələn və ya xaricə gedən vətəndaşlar şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər, bu zaman heç bir sənəd tələb olunmur.