DİM: 1200-dən çox namizəd dövlət qulluğu üzrə imtahan verəcək
Bakı, 3 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 5-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçirəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan vermək üçün 1227 namizəd qeydiyyatdan keçib.
Namizədlər DİM-in saytına daxil olub imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Onlar imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidirlər.
İmtahan iki növbədə təşkil olunur. Birinci növbə imtahan saat 10:00-da, ikinci növbə isə 16:00-da başlayacaq. Müvafiq olaraq saat 10:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [16:14]
BMU və YAP-ın təşkilatçılığı ilə Şuşada “Yay məktəbi” təşkil olunub
- 05.06.2026 [15:45]
Ekoloji aksiya: BDU-nun həyətində müxtəlif çiçəklər əkilib
- 05.06.2026 [15:32]
Dövlət orqanlarında 16 vəzifə üzrə daxili müsahibə elan olunub
- 05.06.2026 [15:02]