Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

DİM ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edir

DİM ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edir

Bakı, 5 aprel, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, ərizələrin qəbulu aprelin 5-dən 25-dək internet vasitəsilə aparılır. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və parolu vasitəsilə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Müsabiqədə iştirak ödənişlidir. Abituriyent ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir və həmin məbləğ ərizə təsdiq olunduqda müvafiq hesabdan çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat “Abituriyentin elektron ərizəsi” proqramı tərəfindən abituriyentə təqdim olunur.

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.1-ci bəndinə əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur.

Həmin Sərəncamın 1.3 1.7 ci bəndlərinə əsasən aşağıdakı kateqoriyalardan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

-Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

-şəhid ailəsinin üzvləri;

-valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

-məcburi köçkün statusu olan şəxslər;

-I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Qəbul imtahanının nəticəsi 2 il qüvvədə olduğuna görə 2021-ci ildə qəbul imtahanında iştirak edən abituriyent (topladığı balı cari ilin müsabiqə şərtlərini ödədiyi halda) cari ildə qəbul imtahanında iştirak etməyə bilər. Bu zaman həmin abituriyentin qəbul imtahanının nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür və ərizənin təsdiqi ödənişsiz olur. Abituriyent cari ildə keçirilən imtahanda iştirak etmək istədiyi halda ərizənin müvafiq bölməsində bu istəyini qeyd edir və tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini ixtisas seçimi zamanı özü müəyyən edir. Ərizənin təsdiqi DİM-in informasiya sistemlərində abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).

Sənəd qəbulu komissiyalarinin ünvanları və tələb olunan sənədlərin siyahısı ilə DİM-in saytında yerləşdirilmiş elanın tam mətnində tanış olmaq mümkündür.

Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Lakin elanda göstərilən xüsusi hallarda bu abituriyentlər əlavə olaraq mayın 15-də bəzi fənn və yaxud fənlərdən imtahan verəcəklər.

Əvvəlki illərin məzunları üçün qəbul imtahanı mayın 15-də keçiriləcək. Abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dili və ya rus dili (tədris dilinə uyğun olaraq), riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər.

Qəbul (buraxılış) imtahanlarının nəticələri 2 il qüvvədə olur. Həmin nəticələr əsasında abituriyent müvafiq illər üzrə müsabiqə şərtlərini ödədiyi halda cari və növbəti tədris ilində orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında keçirilən tələbə qəbulu üzrə müsabiqədə iştirak edə bilər. Beləliklə, 2021-ci ildə qəbul (buraxılış) imtahanında iştirak edən və imtahanda topladığı balı builki müsabiqə şərtlərini ödəyən abituriyent öz istəyindən asılı olaraq cari ildə keçirilən qəbul imtahanında iştirak edə və ya etməyə bilər. İştirak etmədiyi halda abituriyentin qəbul imtahanının nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür. İmtahanda iştirak etdiyi halda isə müsabiqəyə hansı imtahanın nəticəsi ilə qatılacağını ixtisas seçimi zamanı özü müəyyən edir. 2021-ci ildəki qəbul (buraxılış) imtahanının nəticəsinə əsasən cari ildə müsabiqədə iştirak etmək istəyənlər yuxarıda göstərilən müddətdə və qaydada elektron ərizələrini təsdiq etməlidirlər (etdirməlidirlər).

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak etmək üçün tələb olunan qabiliyyət imtahanının nəticəsi yalnız abituriyentin imtahan verdiyi il qüvvədə olduğu üçün, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olunmaq istəyən abituriyentlər cari ildə keçirilən müvafiq qabiliyyət imtahanlarında iştirak etməlidirlər.

Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan dili (dövlət dili kimi) fənnindən (ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün) imtahan verirlər.

İxtisas seçimi qəbul imtahanı başa çatdıqdan sonra həyata keçirilir. İxtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılır. “Xoreoqrafiya sənəti” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər (“Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci nömrəsi).

Müsabiqə abituriyentin qəbul (buraxılış) imtahanında topladığı ümumi bal əsasında aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda Dəniz Nəqliyyatı sahəsində İnsan Resurları və Gəmi Heyətinin İdarə olunmasına dair konfrans keçirilibYENİLƏNİB

“Gəncə”dən ayrılan voleybolçu Rusiya klubuna keçib

Məhkum qadınlar hazırladıqları hədiyyələri uşaqlara təqdim ediblər

Son beş ayda əlilliyi olan 44 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Xaricdə yaşayan monqollar parlament seçkiləri üçün səs verirlər

105 yaşlı qadın Stanford Universitetinin magistr diplomunu alıb

Mingəçevirdəki çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb

Beynəlxalq təşkilatın rəhbəri Azərbaycanın malyariya xəstəliyinin aradan qaldırılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirib

Mədəniyyət Nazirliyi: Təmir-bərpa və abadlıq işlərinə ciddi nəzarət olunur

Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq əlaqələri müzakirə olunub

Yunanıstan Afinada elektrikli taksilərin sayını on dəfə artırmağı hədəfləyir

Tədarük məntəqələrinə 230 tondan artıq yaş barama təhvil verilib

Qazaxıstanda teleproqramların yerli dildə yayımı 60 faizə çatdırılacaq

Radiasiya, kimyəvi və bioloji mühafizə bölmələri ilə taktiki-xüsusi təlim keçirilib

Sabirabadda vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinləniləcək ŞƏRH

Monteneqronun sabiq Baş naziri: COP29-a hazırlıq prosesini dəstəkləməyə hər zaman hazırıq

Azərbaycan millisinin sabiq futbolçusu klubların avrokuboklardakı şanslarını dəyərləndirib

Aİ-nin Rusiyaya qarşı 14-cü sanksiyalar paketi razılaşdırılıb

Beynəlxalq Muğam Mərkəzində “Pianissimo” adlı duet konsert təqdim edilib

Baş prokuror Qazaxda vətəndaşları qəbul edəcək

Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının İqlim Fəaliyyəti Forumunun açılış mərasimi keçirilib YENİLƏNİB

“Arxeologiya sahəsində Azərbaycan-Koreya elmi əməkdaşlığı” - beynəlxalq konfrans

Türkiyə Prezidenti gələn ay dörd ölkəyə səfər edəcək

“Business Standard”: Bu il 4,3 min nəfər milyonçu Hindistanı tərk edə bilər

Məhəmməd Füzulinin 530 illiyinə həsr edilən muğam gecəsi təşkil olunub

İyunun sonunda Ursula Fon der Lyayenin taleyi həll olunacaq

Qazaxıstanda üç xarici universitetin kampusu açılacaq

IOTA-nın 2024-2025-ci illər üzrə prezidentliyi Azərbaycana həvalə edilib

Azərbaycanın 3 yunan-Roma güləşçisi BRICS Oyunlarında medal qazanıb

Türkiyə qaz idxalı həcmini azaldıb

Azərbaycan, Türkiyə və Rusiyanın kimyaçı alimləri mühüm elmi nəticə əldə ediblər

Ötən il Türkiyənin idxal etdiyi qazın 20 faizdən çoxu Azərbaycanın payına düşüb

Paytaxtda “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 13 medal qazanıblar VİDEO

Qazaxıstan parlamenti Senatı TDT ilə yükdaşımalar sahəsində sazişi təsdiqləyib

Əbdüləziz əl-Tüveycri: COP29 böyük imkanlara malik ölkədə keçiriləcəyinə görə uğurlu olacaq

İştvan Apati: Azərbaycan və macar xalqları bütün çətinliklərə rəğmən yeni başlanğıc üçün özlərində güc tapa biliblər

“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanına qeydiyyat başlayıb

Azərbaycanlı aktrisa “Debütlərin Birliyi” beynəlxalq mükafatının laureatı olub

Aİ səfirləri Rusiyaya qarşı 14-cü sanksiyalar paketini razılaşdırıblar

Vladanka Andreyeva: COP29 gənclərin səsinin eşidilməsi üçün yaxşı fürsətdir

Azərbaycan klubu milli komandanın voleybolçusunu transfer edib

Filip Vuyanoviç: Azərbaycan ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının idarə edilməsi baxımından digər ölkələr üçün yaxşı nümunədir

"Sabah" klubunun kapitanı: Püşk qarşımıza ən çətin rəqibi çıxardı

Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi COP29-a ev sahibliyi etməyimiz üçün bizə ilham verdi

Üç ölkənin müəyyən ərazilərinə quş qripi ilə əlaqədar tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb

Ukraynalı uşaqlar Bakının tarixi yerləri ilə tanış olublar

Azərbaycanın iki parapauerliftinqçisi Dünya Kubokunda iştirak edəcək

Alman professor: Azərbaycan vətəndaşları sığorta risklərini necə həll edəcəklərini düşünürlər

Sabah bəzi yerlərdə arabir leysan yağacağı, dolu düşəcəyi ehtimalı var

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi keçirilib

Fransa-Ermənistan tandemi hər iki ölkə üçün ciddi fəsadlarla nəticələnə bilər ŞƏRH

UNICEF: Hava çirkliliyi qlobal miqyasda əsas ölüm faktorlarından biridir

Türk dünyası: Birlikdə yeni strateji hədəflərə doğru

Yalçın Rəfiyev: COP29-a hazırlıqla bağlı görülən işlər təyin edilən vaxta uyğun gedir

Azərbaycan paraüzgüçüsünə “Paris-2024”də iştirak hüququ verilib -EKSKLÜZİV

Avropanın qaz ehtiyatlarının həcmi 74 faizi ötüb

ICESCO Ümumdünya Qaçqınlar Günü ilə bağlı müraciət yayıb

Ölkəmiz Annecy Beynəlxalq Animasiya Filmləri Festivalında təmsil olunub

İsmail Serageldin: Bu gün İKT sahəsi və elm təbii fəlakətləri qabaqlamağa imkan yaradır

İtalyan türkoloqun “Dədə Qorqud kitabı” ilə bağlı araşdırmaları” Azərbaycan dilində çapdan çıxıb

Polşa ukraynalı qaçqınlar üçün bəzi ödənişləri ləğv edəcək

Narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

“Defence News”: ABŞ Çinin robot-itlərinin döyüş meydanına çıxa biləcəyindən narahatdır

AFFA Premyer Liqa klubunun sabiq məşqçisini cəzalandırıb

Qlobal iqlim dəyişkənliklərinin ekoloji mühitə təsiri məsələləri müzakirə edilir YENİLƏNƏCƏK

Salvadorda leysan yağışları 11 nəfərin ölümünə, 800-dən çox insanın təxliyə edilməsinə səbəb olub

FIFA reytinqi: Futbol üzrə Azərbaycan millisi bir pillə irəliləyib

Nazir: İqlim dəyişikliyinə davamlı dünya qurmaq üçün aydın planlarla ambisiyaları gücləndirməliyik

Fərid Qayıbov: Azərbaycan əhalisinin dörddəbirini gənclər təşkil edir

Azərbaycanın Məhkəmə-Hüquq Şurası Koreyada keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Taxıl sahələrinin 30 faizində biçin yekunlaşıb

Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində "Elm, texnologiya və innovasiyanın rolu” mövzusu müzakirə olunub YENİLƏNİB

BDU alimlərinin nanokompozit materialların sintezinə dair tədqiqatları davam edir

Azərbaycan futzal millisinin FIFA reytinqindəki mövqeyi bəlli olub

Alimlər: Yer iqlimi Günəşin sıx ulduzlararası buluddan keçməsinin təsirinə məruz qalacaq

Avro-2024: Almaniya millisi öz rekordunu yeniləyib

Dünya alimləri AzMİU-da – “Riyaziyyat, mexanika və tətbiqlərinin müasir problemləri”nə həsr olunan beynəlxalq konfrans keçirilir

Ötən ay 3,2 mindən çox şəxsə proaktiv qaydada pensiya təyinatı aparılıb

Ombudsman Aparatının və Bakı Şəhər İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə sahilyanı təmizlik aksiyası keçirilib

Honkonq Kore Akademiyası ilə elmi əməkdaşlıq məsələləri müzakirə edilib

Bakıdakı Rus evində Maksim Qorkinin Bakı səyahəti barədə mühazirə oxunub

“Zəngi qəzeti”nin qadın müxbirləri - Araşdırma

Ağdamın 3 kəndinə yeni elektrik xətlərinin çəkilişi nəzərdə tutulub

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi (ikinci cəhd) keçiriləcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri: Biz əhalinin xərclərini öz üzərimizə götürürük

Türkiyənin 2 vilayətində 5 terrorçu zərərsizləşdirilib

Ekvadorda kəskin hava şəraiti 126 nəfəri evsiz qoyub

® “STP Şirkətlər Qrupu” yeni əməkdaşlığa imza atıb

ASA: Azərbaycanda sığorta xidmətləri penetrasiyasının böyüməsi üçün potensial var

AEBA-nın koordinatoru: İqlim probleminə həll yolları axtarmaq üçün COP29 əla fürsətdir

Mərakeş donanması Atlantik okeanı sahillərində 91 miqrantı xilas edib

Rusiya Ukraynanın enerji obyektlərinə güclü zərbələr endirib

Muxtar Babayev: COVID-19 ilə iqlim dəyişikliyinə qarşı birgə mübarizəmiz arasında paralellər olduqca əhəmiyyətlidir

AMEA və Çinin Hebey Sosial Elmlər Akademiyası əməkdaşlıq edəcək

Yeni Kaledoniyanın xarici işlər naziri: Fransanı xalqımızın hüquqlarını tanımağa çağırırıq VİDEO

“Araz-Naxçıvan” klubunun yay hazırlıq planı açıqlanıb

Məcnun Məmmədov: Aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur

Nigar Arpadarai: COP29-da əsas prioritet iqlim dəyişikliyi problemlərinin həllinə sərmayə cəlb etməkdir

Bu gün görkəmli bəstəkar Cahangir Cahangirovun doğum günüdür