DİM yuxarı sinif şagirdlərinə “Peşə seçimi” alətindən yararlanmaq imkanı təqdim edir
Bakı, 1 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) 8-ci və yuxarı sinif şagirdləri üçün “Peşə seçimi” alətindən yararlanmaq imkanı təqdim edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, iyunun 8-də mərkəzin elektron imtahanlar korpusunda “Peşə seçimi” testi keçiriləcək.
Xatırladaq ki, “Peşə seçimi” aləti şagirdlərin maraq və bacarıqlarını müəyyənləşdirməyə kömək edən diaqnostik platformadır. Şagirdlər bu testlərdən keçməklə gələcək ixtisaslarını müəyyən edə bilərlər. Bu alət təfəkkür növləri üzrə test, şəxsi xüsusiyyətlər testi və peşə maraqları testi kimi istiqamətləri əhatə edir.
Testlər Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla tətbiq edilib və praktiki səmərəliliyi təsdiqlənib. Testdən keçdikdən sonra nəticələr dərhal hesablanır və iştirakçının göstərdiyi elektron poçt ünvanına avtomatik göndərilir.
Testdə iştirak etmək üçün qeydiyyat iyunun 7-si saat 12:00-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [00:08]
Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür
- 05.10.2026 [19:27]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:13]
NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]