DİN: Cinayət törətməkdə şübhəli bilinən 102 nəfər saxlanılıb
Bakı, 20 mart, AZƏRTAC
Martın 18-də və 19-da ölkə ərazisində qeydə alınan 138, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 56, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 61, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 102 nəfər saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [11:43]
Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb
- 10.06.2026 [11:37]
Bu ilin yanvar-may aylarında əlillik təyin olunan şəxslərin sayı açıqlanıb
- 10.06.2026 [11:34]
Sərxoş sürücünün sərnişinindən narkotik vasitələr aşkarlanıb VİDEO
- 10.06.2026 [11:01]