DİN Qırğızıstanda saxlanılan 5 azərbaycanlı barədə məlumatı qarşı tərəfə təqdim edib
Bakı, 26 mart, AZƏRTAC
Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 2024-cü il 23 mart tarixli mətbuat açıqlamasında bu ölkənin ərazisində 5 azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilmişdi.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərərək araşdırmalarla həmin şəxslər barəsində toplanmış məlumatı Qırğız tərəfinə təqdim edib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırmalar nəticəsində şübhəli şəxs qismində saxlanılan həmin şəxslərdən birinin Rusiya Federasiyası, digərinin isə Azərbaycan Respublikası ərazisində əvvəllər cinayət törədərək məhkum olduğu müəyyənləşib.
Həmçinin Qırğız Respublikası hüquq-mühafizə orqanlarının müraciəti əsasında haqqında bəhs olunan şəxslərlə əlaqələrinin olmasında şübhəli bilinən 4 Qırğızıstan vətəndaşının Azərbaycan ərazisində yeri müəyyən edilib və onlar qarşı tərəfin aidiyyəti hüquq-mühafizə orqanlarına təhvil verilib.
Qeyd olunan məsələnin təfərrüatlarının tam və ətraflı araşdırılması üçün Qırğız Respublikasının hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində birgə tədbirlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [18:07]
FHN Akademiyasının yaradılmasının 18 illiyi qeyd olunub
- 02.06.2026 [17:22]
Ötən ay 56 aptekdə yoxlama aparılıb
- 02.06.2026 [17:19]
Sabah Zəngilanda növbəti əmək yarmarkası olacaq
- 02.06.2026 [17:13]
Baş nazir Əli Əsədov Ukrayna Baş nazirinin birinci müavini ilə görüşüb
- 02.06.2026 [16:45]