DİN: Razılaşdırılmadan aksiya təşkil edənlərə qarşı tədbirlər görüləcək
Bakı, 22 dekabr, AZƏRTAC
Aidiyyəti dövlət qurumları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək.
AZƏRTAC xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz əlaməti olaraq dekabrın 23-də Fəvvarələr meydanında keçirilməsi planlaşdırılan aksiya ilə bağlı mətbuatın suallarını cavablandırarkən bildirib.
“Kimliyindən asılı olmayaraq, razılaşdırılmadan aksiya təşkil edənlər qanunsuz aksiyanın iştirakçılarıdır. Ona görə də belə bir aksiyanın keçirilməsinə cəhd edənlərə qarşı da qanunsuz aksiya iştirakçısı kimi tədbir görüləcək”, - deyə xidmət rəisi qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [12:06]
Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir
- 16.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 16.10.2026 [12:01]
Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
- 16.10.2026 [11:44]
Parlament təsdiqlədi: Qubanın iki bələdiyyəsinin adları dəyişdirilir
- 16.10.2026 [11:41]
Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]