Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində keçirilmiş apellyasiyanın nəticələri açıqlanıb
Bakı, 30 iyul, AZƏRTAC
İyulun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Apellyasiya Komissiyasının iclası keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün iyunun 27-dən iyulun 6-dək baş tutmuş müsahibənin nəticələri ilə bağlı 11 nəfər Apellyasiya Komissiyasına ərizə ilə müraciət edib.
Komissiyanın keçirdiyi iclasda iddiası təmin edilən 1 nəfərin müsahibə nəticəsi məqbul hesab olunub. 9 nəfər iddiaçının nəticələri ilə bağlı Müsahibə Komissiyasının verdiyi qərar tam obyektiv və əsaslı hesab edilərək qüvvədə saxlanılıb. Ərizə ilə müraciət etmiş 1 nəfər isə apellyasiya prosesinə qatılmayıb.
Qeyd edək ki, Apellyasiya Komissiyasının qərarından narazı qalan vətəndaşlara məhkəməyə müraciət etmək hüquqlarının olması barədə ətraflı məlumat verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [12:13]
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2
- 16.10.2026 [12:06]
Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir
- 16.10.2026 [12:01]
Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
- 16.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 16.10.2026 [11:44]
Parlament təsdiqlədi: Qubanın iki bələdiyyəsinin adları dəyişdirilir
- 16.10.2026 [11:41]
Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]